Azərbaycanda Pasiyent Təşkilatları Pasiyent hüquqlarının qorunmasına dair Bəyannamə qəbul etdilər

Azərbaycanda Pasiyent Təşkilatları Pasiyent hüquqlarının qorunmasına dair Bəyannamə qəbul etdilər

27 yanvar, 2021

Azərbaycanda Pasiyent Təşkilatları Pasiyent hüquqlarının qorunmasına dair Bəyannamə qəbul etdilər

27 yanvar 2021-ci il tarixdə “Hər addım gələcəyə ümiddir” şüarı altında  Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.

Giriş sözü ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan  nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri Valeh Hüseynov bildirdilər ki, forum hökumət orqanları ilə səhiyyə sektorunda çalışan pasient təşkilatları arasında açıq dialoq üçün milli platformadır və bu əməkdaşlığın inkişafının vacib məsələlərdən olduğunu qeyd etdilər.  Forumda Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva,  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri  Ayaz Hüseynova, “Leykemiya ilə mübarizə” ictimai birliyinin sədri Mehriban Bağırova, “Kistik Fibroz (mukovissidoz) Xəstələrinə Yardım” ictimai birliyinin sədri  Səadət Bayramova fəaliyyətləri haqqında təqdimatlarla çıxış etdilər. Mövcud problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüldü.

Sonda Azərbaycanda pasient hüquqlarına dair Bəyannamə Pasient Təşkilatları tərəfindən qəbul edilmişdir.  İştirakçılar arasında  dövlət səhiyyə qurumları ilə yanaşı, Beynəlxalq Səhiyyə Təşkilatlarının rəhbərləri və nümayəndələri, media nümayəndələri, Farmasevtik istehsalçı şirkətlərin nümayəndələri  iştirak etmişdilər.

Qeyd edək ki, Dövlətin humanitar siyasətini həyata keçirilməsinin mexanizmləri və gələcək dövr üçün Azərbaycanda sığorta sisteminin tətbiqinin zəruriliyi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov və Səhiyyə strukturlarının islahatları və beynəlxalq standartlara uyğun tibbi xidmətin təşkili haqqında  TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı  Forum iştirakçılarına ətraflı məlumat vermişdir.

Diqqətinizə çatdırmaq istəyirik ki,  Azərbaycanda fəaliyyət göstərən  Pasient Təşkilatları   infeksion və qeyri-infeksion xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların  maraqlarını təmsil edir. Pasient Təşkilatlarının missiyası əhali və hər bir vətəndaş üçün yüksək səviyyədə tibbi xidmətə nail olmaqdır.