Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu keçiriləcək

Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu keçiriləcək

17 yanvar, 2021

Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu keçiriləcək

27 yanvar 2021-ci il tarixdə “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu keçiriləcək.

Qeyd edək ki, Forum dövlət səhiyyə orqanları ilə Pasient Təşkilatları arasında açıq dialoq üçün milli platformadır.

Forumda Pasient Təşkilatları ən aktual səhiyyə məsələlərini nəzərdən keçirərək, fəaliyyətləri haqqında tanışlıq üçün təqdimatlarla çıxış edəcəklər. Habelə müvafiq dövlət səhiyyə strukturları tərəfindən 2021-ci il üçün tibbi xidmətin strategiyaları haqqında təqdimatlar böyük əhəmiyyət kəsb edəcək.