Kənanın hekayəsi

Kənanın hekayəsi

13 Dek, 2022

Kənanın hekayəsi

Vərəm alnıma yazılmamışdı, lakin mən bu xəstəlikdən keçməli oldum.

                                                                (Keçmiş vərəmli pasientin hekayəsi)

 

Bu hekayə hansı resurslarda dərc olunmağından asılı olmayaraq heç bir dəyişiklik aparılmadan, ixtisar edilmədən verilməlidir. Bu müəllifin yeganə tələbidir.

İnsan həyatında elə məqamlar olur ki, xatırlmaq belə istəmirsən. Ona görə ki, hər dəfə yada düşdükcə bütün keçmişin göz qabağından gəlib keçir, olub keçənləri, indi həyatda olmayan əzizlərini yada salırsan, həyatın belə bir müdhiş sınağını məhz niyə sənə hazıladığını fikirləşirsən. Mən də uşaq vaxtlarımdan xalq arasında deyildiyi kimi ağlım özünü kəsəndən gələcəyim haqqında, təhsilim haqqında, xoşbəxtliyim haqqında uzun-uzadı xəyallara dalmağı çox sevərdim. Həyatımın ən gözəl çağlarına aid edirəm indi bu, keçmişimin uşaqlıq duyğularını. O vaxt ailəmiz var idi. Anam və bacım sağ idi. O vaxt aildə ana navazişi, əzizlənməsi hiss edirdim, valideynlərimin qayğısını hiss edirdim. İndi bəzən işdən yorğun gəlib boş otağımın qapısını açaraq evə daxil olanda işığı yandımadan əvvəl elə ürəyimdən keçib, elə qəribsəyirəm ki, məni anam qabağıma gəlib öpüb əzizləyəcək və deyəcə ki, balam işdən yorğun gəlib. Gəl keç yuyun yeməyin masanın üstndədir soyumasın. Elə burnumun ucu göynəyir ki, bacım məni sorğu suala tutsun gələcək planlarım barədə. Ehhh... bu düşünclər məni elə qəribsədir, elə kövrəldir ki, hər dəfə işığı yandımamaış divara söykənib ana ay ana niyə belə oldu axı .... niyə həyat bizi belə sınadı ... deyib gözlərim dolur. İşığı yandıranadan sonra isə bu günkü həyatım tam şəkildə qarşımda canlanır. Boş otaq,hələ özümün hazırlamalı olduğum şam yeməyinin inqrediyentləri və sabaha hazıralanmalı geyimlərimin ütülənməsi. Yəqinki bu vərəm xəstəliyi bizim ailəyə ayaq açmasaydı bu gün mən belə tək qalmazdım. Hər şey isə belə başladı...

Mən kənan Bayramov 1996-cı ildə anadan olmuşam. Ailəmiz dörd nəfərdən ibarət idi. Atam, anam, bacım və mən. Hələ uşaqlıqdan atam sürücülük edər və ailəmizi saxlayardı. Çox da imkanlı olmasaq da lap kasıb da yaşamrdıq. Ailəmiz çox mehriban idi. Məktəbdə oxuyurdum,dərslərdən gələn kimi anamız dərslərimizin hazırlanmasında bizə kömək edirdi. Hər səhər nəvazişlə bizi öpə-öpə qaldırar və sevə-sevə məktəbə yola salardı. 

Mən hələ anadan olmamış atam qaçqınçlıqla bağlı şəhərə gəlmiş və burada ailə qurmuşdur. Şəhərdə evimiz olmadığından kirayələrdə yaşamaq zərurəti yaranmışdı. Təbiiki imkansızlıqdan yaxşı mənzil də tapmaq olmadı. Bununla bağlı mən hələ bilmirdim ki, ailəmizin üzləşdiyi ağır məişət problemi, evsizlik anamın, bacımın və mənim həyatma vərəm adlı ağır bir xəstəliyi tanıdacaq və əzizlərimi anamı və bacımı əlimdən alacaqdır. Ancaq buna hələ bir qədər qalırdı. Hələki atam bizi bir kirayə evindən digərinə, daha sonra isə tam başqasına köçürürdü. Təbiiki hamısı da rütubət, yarızirzəmi kimi yaşam şəraitinin pisliyinə görə. Bunu o zaman bilmək olmazdı əlbətdə. İlk öncə bacım xəstələndi vərəm ilə. Təbiiki anam da ilk növbədə ona qulluq edirdi. Əvvəlcə bacım müalicəsinə yaxşı yanaşırdı. Anam onu həkimlərə vaxtlı-vaxtında aparırdı. Beləcə yaşayırdıq həyatı.

Bu hissədə bir qədər əsgərlik həyatımdan danışmaq istəyərdim. Zatən hərbiçi olmaq fikrim olmayıbdır mənim heç vaxt. Ancaq əsgərlik həyatım çox xoşuma gəldi. Dovlət Sərhəd Xidməti  sıralarında həqiqi hərbi xidmətə başladım. Xidmət etdiyim Cəlilabad , Səmkir daha sonra isə Agstafa rayonu  Azərbaycan Gurcustan dovlət sərhədinin kesiyinde xidmətimi davam edirdim. Hərb işi mənə o qədər xoş gəlmişdi ki, müddətdən artıq hərbi xidmətə başlamaq həvəsinə də düşmüşdüm. Bunu evə bildiriəndə qəti etiraz etdilər mənə valideynlərim və təbiiki mən fikrimdən daşınmalı oldum.

Hərbi xidmətdən tərxis olunub evə dönmüşdüm artıq. Özümə bir iş, məşğuliyyət axtarırdım. Evə gəldikdə gördüm ki, bacımın xəstəliyi də çox ağrlaşıbdır və hələ üstəlik anam da xəstələnmişdir. Təbii ki, mən o zaman indiki bilgilərə malik deyildim. Elə bildim ki, müalicə olunub keçib gedər. Heç vərəm xəstəliyinin adını da eşitməmişdim deyə bu məndə elə də böyük təşviş yaratmadı. Ancaq bilməyə-bilməyə görürüdm ki, bacım bir gün dərmanlarını qəbul edir bir gün etmir. Həkim müayinələrinə böyük fasilələrlə gedir. Daha sonralar onda öskürəyin və qan hayxırmalarının olmasını görməyə başladım. Tez-tez həraraəti olurdu. Get gedə zəifləməyi hiss olunurdu. Bir qədər keçmədi ki, anamda da vərəm xəstəliyinin əlamətləri görünməyə başlandı. Anam da ağır keçirtməyə başaldı xəstəliyini. Açığı heç yaşayış şəraitmiz də münasib deyildi. Yarzirzəmi mənzilimizin rütbətdən divarlarının suvağı tökülürdü. Ailənin stabil gəliri olmadığından bir qarın ac, bir qarın tox dolanırdıq. Atam gecə-gündüz işləyirdi ki, bir təhər ailəmizi saxlasın. Anamın müalicəsi uzanırdı. Artıq dərmanlar da elə bil təsir etmirdilər. Çox zəifləmişdi və son vaxtlar demək olar ki, yatağından qalxa da bilmirdi. Belə günlərin birində biz itirdik anamızı. Vərəm onu bizim əlimizdən alıb apardı. Bununla da onsuz da çətinliklərlə üzləşmiş ailəmizə daha böyük çətinliklər daxil olmağa başladı. Anamın dəfnindən bir qədər keçmişdi ki, məndə də vərəmin fəsadları başlandı. Artıq məndə də öskürək, zəifliklər olurdu. Tər-su yuyub aparırdı məni hər gecə. Müayinə olunanda vərəm aşkarlandı məndə də. Müalicələr başlandı. Dərmanları çox ağr qəbul edə bilirdim. Tamam zəifləmişdim. Buna görə də elə vaxt olurdu ki, dərmanların qəbulundan imtina edirdim. Elə bilirdim ki, bir qədər özümə gələrək yenə də davam edərəm. Mən haradan biləydim ki, müalicəyə məhz belə savadsız yanaşma məni daha da ağrılaşdıracaq və müalicə olunmağımı uzadacaqdır. Artıq evdə hər ikmiz həm bacım həm də mən vərəmdən əziyyət çəkir, müalicə olunurduq.Təbiiki bunu biz müalicə sayırdıq hələ.

Bacım ya dərmanlardan irgənməkdən, ya onların verdiyi halsızlıqdan şikayət edərək müalicələrə çox ara verirdi. Təbiiki o zaman bilmirdik ki, bu qəti yolverilməzdir. O zaman mən artıq xəstələnmişdim. Müntəzəm olaraq həkimə mən də getdmirdim. Elə mən də fikirləşirdim ki, bu qədər dərman içirəm heç bir nəticəsi olmadı. Həkimlərə qulaq asmırdım. Müalicələrə çox ara verirdim ki, bu da mənim müalicəmin 24 aya qədər uzanmasına gətirib çlxardı. Yuxarıda dediyim kimi mənə çox çətin olan, ağır olan bir vaxtda, elə bir vaxtda ki, anamı itirmişdim, bacım ağır xəstə idi, özüm xəstəliyin çox ağır formasında idim. Ancaq yenə də müalicə dərmanlarımı alırdım. Bu aralarda məni çox sarsıdan iknci qurban verməli oldum. Uzun müddət birdəfəlik olaraq dərmanlardan imtina etdiyinə görə bacım vərəmdən xilas ola bilmədi, cavan yaşında dünyasını dəyişdi. Bu həyatda tək qaldım atamla. Çox pis idim. Mənəvi cəhətdən əzilirdim. Bir dəfə mənim bütün həyatımı dəyişəcək bir hadisə baş vermiş oldu. Nəvbəti vərəməleyhi dərmanlarımı almaq üçün xəstəxanaya getmişdim. Vəziyyətim çox ağır idi. Ancaq birtəhər gedib dərmanlarımı alır, vaxtaşırı analizlərimi verirdim. Bir dəfə də gedəndə xəstəxanaya Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin rəhbəri Çingiz Ramazanlını gördüm. Onun kim olduğunu soruşduqda özünü belə təqdim etdi. Daha doğrusu sanki onu Allah bir vasitəçi kimi mənim qarşma çıxarmış oldu. Bəlkədə bu mənim həyatdan bezib ac-susuz, hərarət içində, qan qusa qusa yataqda uzanan bir halda, hətta adi insan təlabatlarını yerinə yetirmək üçün belə ayaqyoluna getməyə gücüm çatmadığı bir halda əllərimi Allaha uzadaraq ağlamsınmış bir halda Allahım mənə ya həyat gücü ver, ya məni apar bu dünyadan daha dözə bilmirəm deyib dularaıma cavab kimi mənə kömək olmağa, həyat gücümü verməyə vasitəçilik etməyə göndərilmiş bir insan idi. Hər halda doğurdan da bir möcüzə oldu ki, ilk andan bu insana dərin inam hissi yarandı qəlbimdə. O anda ki, bəlkə də mən də müalicədən bezib həyatımı taleyin axarına buraxardım. Beləcə o insanın mənə böyük mənəvi dəstəkləri başlandı. O mənə öz əlaqə vasitələrini verdi və bütün müalicənin sonuna qədər mənə konkret olaraq bir dayaq oldu öz böyüklüyü ilə, məsləhətləri ilə, dayağı ilə. Çingiz müəllimlə hər dəfə əlaqə saxlayandan sonra məndə sanki həyat gücüm çoxalırdı. Müalicə prosesinə münasibətim dəyişirdi. Ən mənə xoş gələn isə bu olurdu ki, nə zaman bu insana müraciət etsən iki üç saniyə keçmədən gümrah səslə mənə cavab verər, məsləhətlər ünvanlayardı və hər dəfə də mənə bildirərdi ki, müalicəni mütləq sona qədər çatdırmalısan. İnan mənə deyərdi sən ancaq inan hər şey yaxşı olacaqdır. Sən tam sağalacaqsan, ətə qana dolacaqsan, gözəl işin olacaqdır, səni öz təşkilatıma qəbul edəcəyəm üzvlüyə deyərdi. Etiraf edim ki, əvvəllər bu sözləri eşidən zaman halsız halda yatağımda uzanaraq fikirləşərdim ki, bu insan mənə nə deyir, nə vəd edir? Mənimki halımda dəyişiklik yoxdur, mənki hətta ayaqyoluna belə güc ilə sürünə sürünə, divardan tutaraq gedib çata bilirəm. Ancaq daxilmə hopan inam hissi isə deyirdi.Ona qulaq as, onu dinlə, məsəhətinə əməl et. Mən beləcə çox uzun sürəcək müalicəyə, ovuc-ovuc dərmanların qəbuluna başladım. Mən müalicəmi uğurla davam etdirə-etdirə hiss edirdim ki, çox yaxşılaşmağa başlayıram. Ancaq bu zaman mən artıq dərk edirdim ki,artıq iqtisadi çətinliyimiz son həddə çatmağa başlamışdır. Ev kirayəsini verə bilmirdik, yan təsir dərmanlarıma pul yox idi almağa hətta çox vaxt evə ərzaq belə almağa pul çatmırdı. Mən isə cavan olmağıma baxmayaraq hələ sağlamağıma çox qalırdı deyə işləyə bilmirdim. Bu anda artıq həm Çingiz müəlllim öz təşkilatı ilə mənim xəstəliyimə görə əlilliyimin qiymətləndirilməsi üçün çalışmağa başladı, həm də Sağlamlığa Xidmət İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı və həmin anda təşkilat rəhbərinin müavini Pərvanə xanım Vəliyeva mənə olduqca böyük kömək etmiş oldular. Elçin müəllim, Pərvanə xanım gecə-gündüz yorulmadan ictimai vəkilliyə qoşularaq parlament səviyyəsində mənim xəstəliyimə görə əlilliyimin qiymətləndirilməsi işimdə bürokratik əngəllərin dəf edilməsində böyük səy göstərdilər. Axırki, mən öz qanuni haqqımı ala bildim. Vərəm xəstəliyinə görə II qrup əlillik aldım. Bu müavinat mənə çox böyük kömək etmiş oldu. Bu nəcib əməlli, böyük qəlbli insanları tanıdığıma çox şad oldum. Həyatda mənə bir daha özümə gəlməyimə, getdikcə sağalmağıma görə Allahıma, sonra isə bu insanlara minnətdarlığımı hər vaxt edirəm. Bu insanların insanlıq aminə gördüyü işləri məni onların sıralarına daxil olmağıma ruhlandırdı. Bütün canıma hopdu. Mən də Çingiz müəllimin təşkilatına üzvlüyünə daxil oldum. Hər vaxt Çingiz müəllimin dediyi sözləri yadıma salıram. O dediyi vaxtların gəlib çatdığını artıq hiss edirdim. Mən Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin sıralarında vərəmin təsirinə məruz qalmış insanlar arasında vərəm xəstəliyi ilə bağlı məlumatlılığın aparılması, müalicəyə sadiqliyin mexanizmləri kimi vacib sahənin məhz mənim tərəfimdən- vərəm xstəliyini öz canından keçirmiş, əzizlərini əlindən almış bu xəstəliklə mübarizə aparmağa başladım. Çox böyük uğurlr qazanmışdım. Get-gedə tanınırdım. Ancaq bu mənə əsas deyildi. Əsas o idi ki, keçirdiyimiz layihələrdə, söhbət və görüşlərdə artıq pasientlər mənə ciddi cəhdlə, maraqla qulaq asırdılar. Onlar vərəm xəstəliyinin sağalan xəstəlik olmasını,ona qalib gəlməyin insanın öz əlində, daxili gücündə, iradəsində olmasını başa düşürdülər.Bu mənim vərəm xəstəliyindən ailəmin, əzizlərimin qisası naminə idi. Bu işdə mən mükəmməlləşdikcə daxilən daha böyük qələbələrə vüsətləndirdim.

 

Budur bütün hıyatım gözlərim önündən gəlib keçdi. Göz yaşlarımı boğa bilmirəm hər dəfə. Daima fikirləşirəm axı niyə mənim indiki biliklərim,xəstəliyə və müalicəyə yanaşma tərzim barədə məlumatlarım o zaman olmadı ki, mən anamı, bacımı bu xəstəlikdən qoruya bilim. Niyə axı mən Çingiz müəllimi o zaman tanımadım, niyə onun təşkilatı ilə o zaman bir az tez tanış olmadım ki, bu biliklərə malik olmağım, özümə inam hissimin formalaşmasını o zaman başa düşüb müalicəyə bağlılığın nə dərəcədə əhəmiyyətli olmasını əzizlərimə də başa sala bilmədim.Talenin oyunumu adlandırım bunu mən, ya öz məsuliyyətsizliyimizmi?  Özümü ələ almağa çalışıram. Dözə bilməyib üzüqoylu yatağa yıxılıb yastığı qucaqlayıb hönkürüb ağlayıram. Ürəyimi boşaltdıqdan sonra isə keçənləri qaytarmaq mümkün olmayacağını başa düşərək qəbul edirəm ki, vərəmin əlimdən aldığı əzizlərimin ruhunu şad etmək üçün ən azından insanlığa xidmət edib vərəmin təsiri ilə üzləşmiş insanlara bu xəstəlik haqqında və ondan azad olmağın yolları barəsində ən düzgün yolun müalicəyə sadiqliyin olmasının vacibliyini başa salmaq vacibdir. Çox böyük səylər göstərdik Çingiz müəllimlə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sıralarında. O mənə təkcə təşkilat rəhbərim olmadı, eyni zamanda da məni labüd ölümün pəncəsindən alan Allahın qarşıma vasitəçi kimi çıxardığı bir insan oldu. Mən bu gün tam sağalmışam və artıq bizim təşkilatın sıralarında çalışıram, layihələrində iştirak edirəm. Mütəxəsis həkim ftiziatrların da dedikləri kimi vərəm haqqında maarifləndirmə o zaman ikiqat təsirli olur ki, bu təlimləri vərəm xəstəliyini öz canında yaşamış, bütün bu uzun sürən müalicə proseslərindən adlamış keçmiş pasient aparmış olsun. Mən çox sevinirəm ki, bu savablı işdə cəmiyyətə xeyir verə bilirəm. Təşkilatımızın işi isə mənə çox güc vermiş olur. Üzümü səsim çata biləcək qədər soydaşlarıma, cavanlara, böyüklərə tutub ürəkdən deyirəm sözlərimi: “ Ayıq olsun, sayıq olun sağlamlığınza qarşı insanlar.... İmkan verməyin cəhalətin qurbanı olasınız.... İmkan verməyin adi bir mikobakteriya şüurlu qərar verilmiş insana qalib gəlsin.... Əsas anlayışı qəbul edinki özünüz sağlam olmaq üçün vacib şərtlərdən biridir ki, ətrafınız da sağlam olsun. Sağlamlığınızı qorumaqla bir- birinizi qoruyun... Mənim keçmiş həyatımı təkrar etməyin...”