Oneİmpact Azərbaycan mobil tətbiqinin istifadəsi ilə bağlı pasiyentlərə təlim keçirilib

Oneİmpact Azərbaycan mobil tətbiqinin istifadəsi ilə bağlı pasiyentlərə təlim keçirilib

12 noyabr, 2020

Oneİmpact Azərbaycan mobil tətbiqinin istifadəsi ilə bağlı pasiyentlərə təlim keçirilib

Sağlamlığa Xidmət ictimai birliyi 12 noyabr tarixində Mərdəkan qəsəbəsində yerləşən 9 saylı xüsusiləşmiş Vərəm əleyhinə Xəstəxanada pasiyentlərlə görüş keçirmiş, Oneİmpact mobil tətbiqi haqqında məlumat vermişdir.
Görüş zamanı pasiyentlər mobil tətbiq vasitəsilə qeydiyyata alındı və öz problemlərini bildirdilər. Xəstəxanada XDR vərəm xəstələri müalicə alır və əsas problemlərinin əlillik ala bilməmək olduğunu qeyd edirlər. Xəstələrin əksəriyyəti ağciyərdə dağılma, fibroz-kavernoz vərəm diaqnozu ilə uzun müddətdir ki, müalicə alırlar. Görüş zamanı hüquqi yardıma ehtiyacı olduğunu bildirən xəstələr ödənişsiz hüquqi yardım göstərən BMT-in İnsan hüquqları üzrə Ali Komissarlığı ilə əlaqələndirildi. Psixoloji yardıma ehtiyacı olan və Oneİmpact vasitəsilə müraciət etmiş pasiyentlər isə layihə çərçivəsində psixoloji dəstəklə təmin ediləcəkdir.