Sağlamlığa Xidmət İB: Cəlilabad rayonunda İcbari Tibbi Sığorta yüksək səviyyədə fəaliyyət göstərir.

Sağlamlığa Xidmət İB: Cəlilabad rayonunda İcbari Tibbi Sığorta yüksək səviyyədə fəaliyyət göstərir.

28 Yan, 2023

Sağlamlığa Xidmət İB: Cəlilabad rayonunda İcbari Tibbi Sığorta yüksək səviyyədə fəaliyyət göstərir.

"Cəlilabad sakinləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən göstərilən tibbi xidmətlərdən istifadə edənlərin sayı get-gedə artmaqdadır". 

2023-cü ilin Yanvarın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Media nümayəndələri və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri üçün Cəlilabad rayonuna Media-tur təşkil etdi. Media-turun məqsədi media və QHT-ləri, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

Səfər zamanı iştirakçılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX),  Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi (MDM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad rayon filialında göstərilən xidmətlərlə tanış oldular. Agentliyin filial rəhbəri İlqar Qurbanovun sözlərinə görə, 2021-ci ildə yaradılan filial Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir.

Agentlik tərəfindən Cəlilabad və ətraf rayonlarda əhaliyə göstərilən tibbi xidmətlər pasiyentlərin ehtiyacları nəzərə alınaraq, müasir tələblərə uyğun qaydada təşkil olunmuşdur. Əhalinin sosial rifahının yüksəlməsinə hədəflənmiş İTS xidmətləri artıq əhali tərəfindən yüksək qiymətləndirilir. Tətbiqi ən çətin dövrə, COVİD-19 pandemiyası ilə üst-üstə düşən İTS sistemi bugün artıq əhali tərəfindən yüksək səviyyədə bəyənilir və geniş istifadə olunur.

  Media-tur zamanı Cəlilabad RMX-nin direktoru Elnur Azadxanov tur iştirakçılarına Cəlilabad rayonunda əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdikləri islahatlar və insanlara faydalı tibbi xidmətin tətbiqi barəsində olduqca nikbin tərzdə böyük həvəslə məlumat verdi. Elnur müəllimin yorulmadan ruh yüksəkliyi ilə İTS sisteminin tətbiqi barəsində ətraflı məlumat verməsi onun nə dərəcədə peşəkar, xalqını sevən bir həkim olduğundan xəbər verirdi.

Vərəm xəstəliyi ilə mübarizə apaaran Vərəm əleyhinə QHT Koalisiyası olaraq MRX-nın Vərəm bölməsinə də səfər olunması təklif olundu və bizim istəyimiz İTS əməkdaşları tərəfindən müsbət qarşılandı və baxmayaraq ki, əvvəlcədən planda bu nəzərdə tutulmamışdı bizə belə bir imkan da yaradıldı. Vərəm Şöbəsinin həkim-ftiziatrı Elsəvər həkimlə görüşüb onların iş strukturu və vərəmin müayinə və müalicəsi barədə məlumat əldə etmək məqsədilə fikir mübadiləsi aparıldı.

İTS üzrə dövlət agentliyi tərəfindən təşkil olunan media-tur vətəndaş cəmiyyəti və media nümayəndələri üçün olduqca informativ, səmərəli və çox maraqlı oldu. Bu turun təşkilində əməyi keçən hər kəsə; Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət müəllimə, Aynurə xanıma, Vüsal müəllimə, Sevil xanıma və onların simasında digər şəxslərə Sağlamlığa Xidmət İB və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası adından dərin minnətdarlığımı bildirirəm.

/ Elçin Muxtarli /