Vərəm və COVİD-19 maarifləndirici video çarxı təqdim edilib

Vərəm və COVİD-19 maarifləndirici video çarxı təqdim edilib

20 dekabr, 2020

Vərəm və COVİD-19 maarifləndirici video çarxı təqdim edilib

Pandemiyanın yayılması ilə səhiyyə sistemlərində baş verən böhran digər xəstəliklərlə mübarizəni arxa plana atmaqla yanaşı, sosial təcrid və qapanmalar pasiyentlərin həkimə baş çəkmələrində və müntəzəm müayinələrin aparılmasında maneələr yaradıb. Vərəmə yoluxmuş şəxslər həm də digər infeksion xəstəliklərə, eləcə də koronavirusa asanlıqla yoluxa bilər. Vərəmlə mübarizə üzrə bütün tərəfdaşlar pandemiyanın vərəmli xəstələrə təsirini azaltmaq üçün yeni yanaşmalar, innovativ alətlər yaratmaq və səhiyyə maarifini gücləndirmək yönündə səylərini birləşdirib.

“Sağlamlığa Xidmət” İctimai birliyi (SXİB) partnyor təşkilatımız PAS Mərkəz Moldova və Moldovanın Milli Vərəmlə Mübarizə Proqramı tərəfindən ərsəyə gətirilmiş Vərəm və COVİD-19 mövzusunda maarifləndirici video çarxı Azərbaycan dilində tərtib etmişdir. Video çarxı Sizinlə də paylaşırıq.

Video SXİB tərəfindən QİÇS,Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə TB REP 2.0 proqramı daxilində “Oneİmpact alətinin ölkə səviyyəsində uyğunlaşdırılması və həyata keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Video çarxın sosial şəbəkələrdə, mediada və vərəmli xəstələri maarifləndirmə işində istifadə olunması nəzərdə tutulur.