Vərəm xəstələrinin əlilliklə bağlı çətinlikləri müzakirə olunub

Vərəm xəstələrinin əlilliklə bağlı çətinlikləri müzakirə olunub

24 Dek, 2020

Vərəm xəstələrinin əlilliklə bağlı çətinlikləri müzakirə olunub

24 dekabr 2020-ci il tarixində Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin müdafəsi sektorunun müdiri Gülnarə Hacıyeva və Əlillik Siyasəti şöbəsinin baş məsləhətçisi Günay Hüseynovanın iştirakı ilə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin, xüsusilə də əsas risk qruplarının sosial rifahi üçün kifayət qədər işlər görülür.
Lakin Vərəmli xəstələrin əlillik statusu almaları ilə bağlı müəyyən çətinliklər hələ də qalmaqda davam edir.
Görüş zamanı həmin çətinliklərin müzakirəsi aparılmış və həlli yolları təklif olunmuşdur.
Görüşə dəvət olunmuş vərəm müalicəsində olan və əlilliklə bağlı müraciətlərində dəfələrlə imtina almış şəxslər özlərini ifadə etmək şansı əldə etmişlər.
Görüşün nəticəsi olaraq, VEMTAS sisteminin inkişaf etdirilməsi üçün QHT-lərin praktiki təkliflərinin nəzərə alınacağı bildirilmiş, bu cür görüşlərin daha çox keçirilməsi və Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması diqqətdə saxlanılmışdır.
Görüş çox produktiv keçirilmişdir.