TB-REP LAYİHƏ FƏALİYYƏTLƏRİ (2017-2018)

TB-REP LAYİHƏ FƏALİYYƏTLƏRİ (2017-2018)

2017-ci il may ayının 30-unda Vərəmlə mübarizə üzrə Azərbaycan QHT Koalisiyası (TBAZC) üzvləri Ukrayna Ali Radasının deputatı və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi Serhiy Kiral və  Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli  ilə hal-hazırda aktual məsələ olan vərəm xəstəliyi və Antimikrob Müqavimət (AMM) mövzusu ilə bağlı görüş keçirmişlər.

TB-REP komandasının Azərbaycana monitorinq səfəri

12-14 iyun 2017-ci il tarixlərində TB-REP layihəsi çərçivəsində vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının (TBEC) nümayəndə heyəti Azərbaycana  monitorinq səfəri etmişlər. "İctimai Səhiyyə Alyansı" nın TB-REP proqramı üzrə  əlaqələndiricisi, Xanım Çorna Yuliya, TBEC üzvləri Sergii Filippovych və Katarzyna Lemanska monitorinq səfərinin nümayəndələri idilər.  Səfərin əsas məqsədi, Azərbaycanda vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərlə tanış olmaq, onlarla vərəmlə mübarizə sahəsində səmərəli əməkdaşlığın necə qurulması barəsində geniş müzakirələr aparmaq və vətəndaş cəmiyyəti ilə vərəm xidmətləri göstərən dövlət qurumlarının əlaqələrinin möhkəmlənməsinə dəstək olmaqdır.

 

TB-REP layihəsinə əsasən, "Vərəmsiz gələcəyə doğru" pasiyent hüquqlarının müdafiəsi təşkilatı yaradılmışdır. Təşkilatın üzvləri keçmişdə vərəmin təsirinə məruz qalmış və qalib gəlmiş insanlardır.  Təşkilatın əsas missiyası vərəm müalicəsində olan xəstələrin sosial, iqtisadi, məişət və hüquqi problemlərinin həllinə köməklik göstərmək, onların bu problemlərinin ÖƏK-də səsləndirilməsinə və dövlətdə qərarverici şəxslərə çatdırılmasına nail olmaqdır.  Sentyabr 2017-ci il tarixində TB-REP layihə fəaliyyətləri çərçivəsində vərəmin təsirinə məruz qalmış vətəndaş cəmiyyəti təşkilatı üzvləri ilə görüş keçirilmişdir. Görüşün məqsədi Vətəndaş cəmiyyəti təşkilatlarının vərəm üzrə Advokasiya sahəsində potensialının, bilik və bacarıqlarının artırılması, “vərəm xəstələrinin hüquqlarının müdafiəsi” cəmiyyətinin rolunun artırılması və onların səmərəli vərəm müalicəsində qərar qəbul etmək hüququna malik olmasına köməklik göstərməkdir. 

25 Oktyabr 2017-ci il tarixində pasiyent hüquqlarının müdafiəsi təşkilatı vətəndaş cəmiyyətinin bir neçə nümayəndəsi ilə birgə AR Milli Məclisinin Millət vəkili Sədaqət Vəliyeva ilə görüş keçirmişdir. Bu məhsuldar görüşdə vərəm xəstələrinin sosial problemləri, vərəm xidmətləri sahəsində çalışan tibb heyətinin problemləri Millət vəkilinin diqqətinə çatdırılmışdır. 

Jurnalistlər üçün təlim

Layihə çərçivəsində 31 Oktyabr 2017-ci il tarixində media nümayəndələrinin vərəm sahəsində biliklərinin artırılmaq və onlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə Vərəm əleyhinə QHT Koalisiya nümayəndələri ilə birgə İctimai Vəkillik  təlimi keçirilmişdir. 

İctimai vəkillik üzrə tədbir

29 Noyabr 2018-ci il tarixində TB-REP layihəsinə əsasən, Vərəm haqqında Milli Advokasiya Strategiya planının hazırlanması məqsədilə Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən nümayəndənin iştirakı ilə Vərəm əleyhinə QHT Koalisiyası nümayəndələri ilə görüş keçirilmişdir. Vərəmlə bağlı ictimai vəkillik üzrə strategiya planı hazırlanır, sənəd hazırlandıqdan sonra təsdiqlənməsi üçün Milli vərəm proqramı rəhbərliyinə təqdim olunacaqdır. Vərəm əleyhinə QHT Koalisiyasının nümayəndələri 30 Yanvar 2018-ci il tarixində vətəndaş cəmiyyətinin aktiv nümayəndələri kimi AR Milli Məclisində keçirilən “Qlobal çağırışlar və öhdəliklər- Azərbaycan respublikasında vərəmlə mübarizə” mövzusunda keçirilən İctimai dinləmələrə dəvət olunmuş və müzakirələrdə Millət vəkilləri ilə birgə iştirak etmişdir. 

Vərəm haqqında bədii film

Sağlamlığa Xidmət İctimai birliyinin təşəbbüsü ilə Nərimanfilm şirkəti tərəfindən PAS mərkəz Moldovanın sifarişi ilə TB-REP layihəsi çərçivəsində on beş dəqiqəlik vərəm haqqında, xüsusilə vərəmlə bağlı stiqmanın aradan qaldırılması məqsədi ilə maarifləndirici filmin çəkilməsi nəzərdə tutulmuşdur.  Nərimanfilmin çəkiliş heyəti ilə birgə filmin ssenarisi hazırlanmışdır. 

Rayonlara Səfərlər: 

Tovuz rayonuna, Masallı, Şəmkir, Xaçmaz rayonlarına və Sumqayıt şəhərində Vərəmlə bağlı maarifləndirmə kampaniyası keçirmək məqsədilə səfərlər edilmişdir. Vərəm əleyhinə QHT Koalisiyası olaraq, 2018-ci ilin may ayında Xaçmaz rayonunda, sentyabr ayında Tovuz rayonunda, oktyabr ayında Şəmkir və Masallı, noyabr ayında isə Sumqayıt şəhərində vərəmlə bağlı ümumi əhalinin maarifləndirilməsi tədbirləri təşkil olunmuşdur. Tədbirlər Yerli İcra hakimiyyəti orqanlarının texniki dəstəyi ilə rayonların Heydər Əliyev və ya Gənclər Mərkəzlərində keçirilmişdir.

Millət vəkilləri ilə görüşlər:

Koalisiya üzvlərinin Millət vəkilləri Sədaqət Vəliyeva, Qənirə Paşayeva, Məlahət İbrahimqızı,Novruz Aslanov, Sona Əliyeva, Hadı Rəcəbli ilə, eyni zamanda Ukrayna Ali Radasının deputatı Serhiy Kiralla görüşləri keçirilmişdir. Görüşlərin məqsədi vərəm xəstələrinə sosial qayğının gücləndirilməsi üçün “Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunu”na bir sıra dəyişikliklərin edilməsi ilə bağlı Koalisiya tərəfindən hazırlanmış təkliflər paketini təqdim etmək və onların ehtiyaclarına diqqətin artırılması olumuşdur.