Vərəm müalicəsinin nəticələrini yaxşılaşdırmaq üçün icma əsaslı dəstəkləyici xidmətlərin standartlaşdırılmış paketi
Bu sənəd Qlobal Fond tərəfindən maliyyələşdirilən “İnsanların ehtiyaclarına yönəli keyfiyyətli vərəm qayğısının gücləndirilməsi: yeni qayğı modelindən DR-Vərəmin erkən aşkarlanması və müalicə nəticələrinin yaxşılaşdırılmasına doğru” TB REP 2.0 layihəsi çərçivəsində hazırlanmışdır. Bu sənəd İnsanların ehtiyaclarına yönəli qayğının həyata keçirilməsini dəstəkləmək məqsədi daşıyır. Sənəd icmalar və vətəndaş cəmiyyəti təşkilatlarını vərəmin təsirinə məruz qalmış insanların ehtiyaclarına daha yaxşı ünvanlanmaq üçün , o cümlədən tibb işçilərini dəstəkləmək üçün tövsiyyə və alətlərlə təmin edir.
Mündəricat
Təşəkkür
Abreviaturalar
Xülasə
Giriş
Dəstəkləyici vərəm xidmətlərinin göstərilməsində insanların ehtiyaclarına yönəlik dəyərlərin təmini
Bölmə 1. Xidmətlərin yerinə yetirilməsi üçün tövsiyələr və mülahizələr
Xidmətlər üçün hədəf kütlə
Dəstəkləyici xidmətlər üçün insan resursları
Sosial müqavilə yolu ilə icma əsaslı xidmətlərin göstərilməsi
Bölmə 2. Xidmət təminatının ümumi xüsusiyyətləri
Bölmə 3. Xidmət standartları
- Məlumatlandırma və cəmiyyətin səfərbərliyi
- Vərəm riski olan şəxslərlərə tövsiyələr
3.1.1 Dəstəklənən müalicə müşahidəsi
3.1.2 Müalicə rejimini izləmə itkisinin idarə edilməsi və müalicənin kəsilməsinin qarşısının alınması
4.1.1 Tələbatların qiymətləndirilməsi
4.1.2 Psixoloji konsultasiya və dəstək
4.1.3 Xəstəlik prosesinin idarə edilməsi
4.1.4 Maddi dəstək
4.1.5 Sanitar maarifləndirmə və məsləhət
4.2.1 Müalicədən sonra sosial dəstək və/və ya reabilitasiya
Bölmə 4. Xüsusi şəraitdə xüsusi əhali qrupları ilə işləmək üçün xidmətlər və xüsusi mülahizələr
Həbsxana sakinləri üçün icma əsaslı xidmətlər
Evsizlər üçün icma əsaslı vərəm xidmətləri
Uşaqlarda vərəmin müalicəsi üçün ailə əsaslı yanaşma
COVID-19 pandemiyası zamanı dəstəkləyici vərəm xidmətləri
Bölmə 5. Standartlaşdırılmış Paket üçün məsrəf metodologiyası
Məsrəf kateqoriyaları
Vahid xərclərin qiymətləndirmələri üzrə məlumat bazası
Excel əsaslı hesab alətlərindən istifadə qaydaları
Əlavə 1. Terminlər lüğəti
Əlavə 2. Excel əsaslı Hesab Aləti
Vərəm (TB) qarşısı alına bilən və müalicə edilə bilən bir xəstəlikdir. ÜST-ün Avropa Bölgəsinin bütün Üzv Dövlətləri xəstəliyin pulsuz diaqnozu və müalicəsini təmin etsələr də, xəstəlik hər il 10 milyondan çox insana təsir göstərir və 2019-cu ildə 1.4 milyon insan vərəmdən həyatını itirmişdir.
Vərəmdən ən çox təsirə məruz qalan ÜST-ün Avropa Bölgəsinə Üzv Dövlətlərdə, vərəmə qayğı və müalicəsi səhiyyənin mərkəzində olan əsas məsələlərdir. Mərkəzləşdirilmiş vertikal vərəmin müalicəsi zamanı pasientlər diaqnozdan müalicə mərhələsinə keçirilir. Bununla belə, bu model vərəmdən əziyyət çəkən icmalardakı insanlarla əlaqə yaratmaq, eləcə də, fərdlərin müalicəyə başlamasına və ya onların müalicəni uğurla başa vurmasına mane yaradacaq unikal hallara diqqət yetirmək fürsətini əldən verir. Dəstəkləyici xidmətlər, vərəmin vaxtında tapılması və müalicənin vaxtında edilməsinə kömək məqsədi ilə icmaların və fərdlərin xüsusi tələbatlarını hədəf alan bir qrup müdaxilələrdir. Dəstəkləyici xidmətlər, fərdlərin müalicəni tamamlamasının qarşısını ala biləcək qeyri-klinik problemləri həll etmələrinə yardım edərək onlara müalicələrini başa çatdırmalarına kömək etmək məqsədi daşıyır. Bütövlükdə dəstəkləyici xidmətlər icmalarda stiqmanın və ayrı-seçkiliyin aradan qaldırılmasına kömək edir.
Dəstəkləyici xidmətlərin çatdırılması milli kontekstdən asılı olaraq, müxtəlif yollarla təşkil edilə bilər. Xidmətlər həm tibb işçiləri, həm də sosial işçilər tərəfindən yerinə yetirilə bilər. Bununla belə, bu xidmətlər vərəmdən zərər çəkən insanların xüsusi vəziyyətlərini başa düşən insanlar, məsələn - eyni icmanın üzvləri, keçmiş pasientlər və ya dəstəkləyici qruplar tərəfindən ən yaxşı şəkildə təmin edilə bilər. Dəstəkləyici xidmətlər nisbətən yeni bir fenomendır və buna görə də, xidmətlərin əhatə dairəsinin nə olduğu və onların vərəmin qarşısının alınması, vərəmə qayğı və müalicə prosesinin ayrılmaz hissəsi olduğu hələ yaxşı dərk edilməmişdir. Bu xidmətlərin məhdud tənzimlənməsi nəzərə alındıqda, icma əsaslı xidmətlərin səriştələri və peşəkar keyfiyyətləri də kifayət qədər aydın deyil. Nəticədə, vərəmlə bağlı icma əsaslı bu xidmətlərin necə təşkil olunmasını və dövlətlərin onları vərəm xidmətləri paketinə necə daxil edə bilməsini anlamaq vacibdir. Bu sənəd vətəndaş cəmiyyəti təşkilatlarına (VCT) vərəmlə bağlı icma əsaslı xidmətlər qurmağa, milli vərəm proqramlarına (HTP) və dövlətlərə bu cür xidmətləri milli və ya yerli səviyyədə mövcud olan əsas vərəmə qayğı paketlərinə daxil edilməsinə kömək etmək məqsədilə hazırlanmışdır.
Giriş
2016-2020-ci illərdə Azərbaycan Respublikasında vərəm üzrə epidemioloji vəziyyət
Dünyada vərəm xəstəliyi azalmaqdadır; lakin bununla belə, hələ də tək bir infeksion xəstəlik dünyada əsas ölüm səbəbi olaraq qalır: 2019 -cu ildə 1,4 milyon insan vərəmdən həyatını itirmişdir, onlardan 208.000-i İİV pozitiv idi (1). Bununla birlikdə, 2035-ci ilin Vərəmə SON strategiyasının hədəflərinə çatmaq üçün edilən səyləri iki qat artırmaq və koordinasiyanı yaxşılaşdırmaq lazımdır. Vərəm ÜST-ün Avropa Bölgəsi üçün xüsusi bir problem olaraq qalır (2). 2020 -ci il hesablamalarına görə, 2018 -ci ildə bölgədə təxminən 259 min insan vərəm xəstəliyinə tutulmuş və 23 minə yaxın insan vərəmdən həyatını itirmişdir. Bu insanların çoxu Şərqi Avropa və Orta Asiya (ŞAMA) Bölgəsində yaşayanlar idi (2). 2010 -cu ildən etibarən ÜST-ün Avropa Bölgəsində yeni vərəmli pasientlərin sayı ildə orta hesabla 5% azalır. Bu ÜST-nin bütün bölgələri arasında ən sürətli azalma olsa belə, Region Vərəmə SON strategiyasının hədəflərinə çatmaqda hələ də geridə qalır (2). Bölgədə vərəm yükünün azalmasına baxmayaraq, xüsusilə Şərqi Avropa və Orta Asiya (ŞAMA) Bölgəsində multi dərmanlara qarşı rezistent vərəm (MDR-TB) halları yüksək olaraq qalmaqdadır. Bu, sanitar və penitensiar sistemlərindəki boşluqlar, vərəmə vaxtında diaqnoz qoyulması üçün laboratoriya imkanlarının olmaması, müalicənin davamlılığının kəsilməsi, vərəm dərmanlarının təmin edilməsi və digər məsələlərlə əlaqədardır. Psixososial dəstək xidmətlərindəki çatışmamazlıqlar də xüsusilə vərəmə qarşı həssas qruplar arasında müalicənin kəsilməsinə və gec diaqnoz qoyulmasına gətirib çıxarır.
Azərbaycan üçün də vərəm problemi aktual olaraq qalmaqdadır. ÇDD vərəm yükü yüksək olan 30 ölkənin sırasına daxil olan Azərbaycanda vərəmlə mübarizə işi Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi ilə Vərəmlə Mübarizə üzrə Milli Proqram və Qlobal Fondun layihəsi çərçivəsində vərəm əleyhinə xidmət tərəfindən həyata keçirilir. Son statistik məlumatlara əsasən, son illərdə ölkədə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin azalması tendensiyası müşahidə olunur.
2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı ölkədə karantin, o cümlədən sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, yoluxma riski yüksək olan insanların, o cümlədən vərəmli insanların tibb müəssisələrinə gəlməyini məhdudlaşmışdır ki, bu da vərəmin aşkar olunmasında və müalicəyə qoşulmasında azalmaya səbəb olmuş, müalicədə olan xəstələrin isə monitorinqini çətinləşdirmişdir.
Vərəm üzrə epidemioloji vəziyyəti xarakterizə edən göstəricilər
Azərbaycanda vərəmlə xəstələnmə göstəriciləri, 2013-2019 illər (100.000 əhaliyə)
Son 3 il ərzində Respublika üzrə xəstələnmənin dinamikasında azalma (2018 ildə 100 000 əhaliyə 38,3-dan 2020 ildə 100 000 əhaliyə 25-ə dək azalma) müşahidə olunur. Qeyd edilməlidir ki, 2020-ci ilin göstəricisinin kəskin azalması COVİD-19 pandemiyası nəticəsində xəstələrin müayinədən yayılması ilə bağlıdır.
Xəstələnlərin arasında ağciyər vərəmi və ağciyərdən kənar vərəm formalarının bölünməsi aşağıdakı qrafikdə əks olunur.
Azərbaycanda ağciyər və ağciyərdən kənar vərəmlə xəstələnmə göstəriciləri, 2013-2020 illər (100.000 Əhaliyə görə).
Son 3 il ərzində Respublika üzrə aşkar olunan ilkin vərəmli xəstələrin sayında müəyyən azalma müşahidə olunur. Belə ki, 2017-ci ildə 3871 nəfər olduğu halda, 2019-cu ildə bu rəqəm 3613 təşkil etmişdir. Yuxarıda qeyd edildiyi kimi, 2020-ci ilin aşağı rəqəmi (2558) COVİD-19 pandemiyası ilə bağlıdır.
Azərbaycanda ilkin vərəmli xəstələrin sayı, 2013-2020 illər (mütləq rəqəmlər)
İlkin vərəmli xəstələrin 2/3 hissəsini kişilər, 1/3 hissəsini qadınlar təşkil edir.
İlkin vərəmli xəstələr arasında kişi və qadınların %-lə nisbəti, 2013-2020
İlkin xəstələrin yaş və cinsinə görə bölgüsü, 2020-ci il
Bu qrafikdən göründüyü kimi, vərəmlə xəstələnənlər əsasən kişilərdir, xəstələnmənin pik nöqtəsi 18-29 yaş qrupunda müşahidə olunur. Xəstəliyin ən çox 18-29 yaşlarda aşkarlanması əhali, xüsusilə də, uşaqlar arasında dispanserizasiyasının tam aparılmaması, uşaq və yeniyetmələr arasında vərəmin vaxtında aşkar edilməməsinə gətirib çıxarır, bu da hərbi xidmətə çağırılanların və hamilələrin vərəmə görə icbari müayinədən keçməsi zamanı aşkar olunur.
Bakterioloji təsdiq olunmuş ağciyər vərəmi ilə xəstələnmə
Bakterioloji təsdiq olunmuş ağciyər vərəmi ilə xəstələnmə göstəricilərinə müayinə üsulundan asılı olmayaraq (əkmə və ya bakterioskopiya) VMB aşkar olunan bütün ağciyər vərəmi halları daxildir.
2017-ci ildən başlayaraq, müasir standartlara cavab verən bakterioloji diaqnostikanın spektri genişləndi, vərəmli xəstələrin və vərəmə şübhəli şəxslərin bakterioloji müayinələrə aktiv cəlb olunması VMB müsbət xəstələrin aşkarlanmasının yüksəlməsinə imkan verdi. Bu göstərici laborator diaqnostikanın yaxşılaşmasını və effektivliyinin müəyyən qədər yüksəlməsini göstərsə də, Ümumdünya Səhiyyə Təşkilatının indikatoruna (85%) çatmır. İlkin aşkar olunmuş ağciyər vərəmli xəstələr arasında bakterioloji təsdiq olunmuş halların 68-69%-lə nisbəti stabil olaraq qalır.
Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında VMB-nin aşkar olunması dinamikası, 2013- 2020 illər
Uşaq və yeniyetmələr arasında xəstələnmə
Son 3 il ərzində uşaqların vərəmlə xəstələnmə göstəricisinin dinamikasında azalma (2017-ci ildə 100 000 uşaq əhalisinə 15-dən 2019-cu ildə 12,8-ə dək) müşahidə olunur. Qeyd edilməlidir ki, 2020-ci ilin göstəricisinin kəskin azalması (8,1) COVİD-19 pandemiyası nəticəsində xəstələrin müayinədən yayılması ilə bağlıdır.
Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri, 2013-2020 illər
(100000 uşaq əhalisinə)
Vərəmdən ölüm
Vərəmdən ölüm göstəricisinin çox cüzi azalması (2910-cı ildə 4,6-dan 2019-cu ildə 4,4-ə qədər) vərəm əleyhinə tədbirlərin kifayət etmədiyini göstərir.
Vərəmdən ölüm (mütləq rəqəmlərlə və 100 000 əhaliyə olan göstəricilərlə)
Dərmanlara davamlı vərəm (DDV)
Çox saylı dərmanlara davamlı vərəm (ÇDD)
Azərbaycan ÇDD vərəm yükü yüksək olan 30 ölkənin sırasına daxildir.
Aşkar olunmuş vərəmli xəstələr arasında DD vərəmli xəstələrin payı, 2013-2020 illər üzrə
2007-ci ildə Global Fondun dəstəyi ilə Azərbaycanda DD vərəmli xəstələrin aşkarlanması və müalicəyə qoşulması üzrə iş başlanmışdır. İlk kohortada 2008-ci ildə 23 nəfər ÇDD vərəm xəstəsi qoşulmuşdur. Sonrakı illərdə: 2009-cu ildə 21, 2010-cu ildə 286, 2011-ci ildə 479, 2012-ci ildə 318, 2013-cü ildə 478, 2014-cü ildə isə 461, 2015-ci ildə 456, 2016-cı ildə 798, 2017- ci ildə 858 nəfər Global Fondun layihəsi çərçivəsində müalicəyə qoşulmuşdur. 2013, 2014 və 2015 –ci illərdə dövlət tərəfindən alınan II sıra vərəm əleyhinə dərman preparatları ilə əlavə 235, 271 və 253 xəstə müalicəyə başlamışdır. 2018-ci ildən etibarən ÇDD vərəmli xəstələr Dövlət tərəfindən alınan dərmanlarla müalicəyə qoşularaq, 1010 nəfər təşkil etmişdir. 2020-cu ildə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bu rəqəm 655 təşkil etmişdir.
DD vərəm hallarının aşkar olunması və müalicəyə qoşulması (mütləq rəqəmlər), 2013-2020 illər üzrə
2019-cu ildə başlayan 2019 SARS-CoV-2 (COVID 19) pandemiyasının növbəti illərdə vərəm xəstəliyini və ölümlərini artıracağı və bu günə qədər əldə edilən nailiyyətlərin səngidəcəyini proqnozlaşdırılır. QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Qlobal Fondu (Qlobal Fond) tərəfindən maliyyələşdirilən və 11 ŞAMA ölkəsində həyata keçirilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB-REP) bu Bölgədəki vərəm probleminə cavab vermək üçün əsas vasitələrdən biridir. Bu Layihə çərçivəsində vərəmin müalicəsinin insan ehtiyaclarına yönəlik modeli hazırlanmışdır. Dayanıqlı maliyyələşdirmə mexanizmləri ilə dəstəklənən və daha yaxşı sağlamlıq nəticələrinə gətirib çıxaran bu yeni model vərəmli pasientlərin müalicəsini stasionar şəraitdən ambulator şəraitə köçürməyi hədəfləyir (3). Bundan başqa, icma əsaslı bu standart xidmətlər paketi, müalicənin davamlılığına vahid bir yanaşma təmin etməklə sağlamlıq nəticələrini yaxşılaşdırmağı, vərəmin qarşısının alınmasını təmin etməklə vərəmin müalicəsi üçün tibbi xidmətləri tamamlamağı qarşısına məqsəd qoyur.
Vərəmin nəticələrini yaxşılaşdırmaq üçün icma əsaslı dəstəkləyici xidmətlərin standartlaşdırılmış paketi (standartlaşdırılmış paket) bu sənəddə göstərilən vərəm pasientlərinə və vərəm riski yüksək olan əhali qruplarına qeyri-tibbi xidmətlərin göstərilməsinə dair təlimatları təqdim edir. Standartlaşdırılmış Paket vərəmli pasientlərin və vərəm riski olan əhalinin milli kontekstə sonrakı adaptasiyası və vərəmli pasientlər üçün lazım olan qeyri-tibbi tələbatlarla bağlı ŞAMA ölkələrinə müəyyən tövsiyələr vermək məqsədi daşıyır.
Xidmətin göstərilməsindən asılı olaraq, icma əsaslı xidmətlərin müxtəlif tərifləri mövcuddur. Bu xidmətlər yalnız pasientlərin deyil, eləcə də insanların və icmaların sağlamlıq tələbatlarına və gözləntilərinə yönəlmiş qayğı modelinin vacib bir hissəsidir (4).
Bu sənəddəki icma əsaslı vərəm xidmətlərinə, icma əsaslı təşkilatlar, pasient dəstəkçiləri, sosial işçilər, ailə üzvləri, tibb işçilərinin özləri kimi müxtəlif tərəfdaşlar tərəfindən fərqli şəraitlərdə həyata keçirilən bir sıra qeyri-tibbi xidmətlər silsiləsi daxildir; məqsəd vərəmin qarşısının alınması, müalicənin qəbulu prosesini və müalicə nəticələrini yaxşılaşdırmaqdır. Bununla belə, icma təşkilatlarının, xüsusilə də xidmət təminatında vərəm pasientlərini təmsil edən təşkilatların iştirakı tövsiyə olunur, çünki bu təşkilatlar öz icmaları ilə sıx əməkdaşlıq edir və xüsusi qrup əhaliyə çata bilirlər. Onlar vərəmlə mübarizə tədbirlərinin vaxtında və effektiv olmasını dəstəkləməklə istənilən mühit üçün əvəzolunmaz bir mənbə ola bilər.
İcma əsaslı vərəm xidmətləri, vərəmə qayğının bütün sahələrini əhatə edir – vərəmin qarşısının alınması, aşkarlanması, diaqnozu, müalicəsi, vərəmli şəxslər və vərəm riski yüksək olan əhali qrupları üçün mövcud vəziyyətin öhdəsindən gəlinməsi, psixoloji məsləhət və məlumatlandırma/pasientlərin maarifləndirmə xidmətləri daxildir.
İcma əsaslı xidmətlərin məqsədi fərdlərə vərəmlə əlaqədar sağlamlıq tələbatlarını ödəməkdə, xüsusilə də kömək istəməkdə, müntəzəm tibbi müayinələrdən keçməkdə və müalicəni davam etdirməkdə kömək etməkdir.
Standartlaşdırılmış Paket, benefisiarlər, yerli icmalar və icma əsaslı xidmət təminatçıları da daxil olmaqla, bütün tərəfdaşlar üçün faydalara malikdir.
Benefisiarlar. Vərəm pasiyentləri və vərəmə qarşı həssas əhali qrupları dəstəkləyici vərəm xidmətlərinin keyfiyyətində əsas rola malikdir. Benefisiarlər, aldıqları xidmətlərin əhatə dairəsi və şərtlərini, eyni zamanda, hansı xidmətlərə uyğun olduqlarını bilmək və tam dərk etmək hüququna malikdirlər. Benefisiarlər tələbatlarına və tərcihlərinə ən uyğun xidmətlər haqqında məlumatlı seçim etməyi bacarmalıdırlar. Benefisiarlər, hansı xidmət təminatçısını seçməsindən asılı olmayaraq keyfiyyətli xidmət alacaqlarına əmin olmalıdırlar.
Yerli icmalar. Yerli icma daxilində icma əsaslı vərəm xidmətlərinə tam tərəfdaş olmaq və onların məsuliyyətini bölüşmək marağı var. İnsanlar, vərəmli və ya vərəmli ola biləcək insanlara məsləhət və dəstək verərək, öz icmalarının ümumi xeyrinə töhfə verməlidirlər. Vərəmin dəstəkləyici xidmətlərinin dizaynı, planlaşdırılması, tətbiqi və qiymətləndirilməsi üçün qərar qəbul etmə prosesində insanlar əsas rola malikdir. Qeyri-tibbi dəstəkləyici vərəm xidmətlərinə olan tələbatları bilən yerli icmalar daha yaxşı sağlamlıq nəticələri əldə edə biləcəklər.
İcma əsaslı xidmət təminatçıları. Xidmət təminatçısı, icma əsaslı dəstəkləyici vərəm xidmətləri verən qurumdur (adətən VCT, icma əsaslı təşkilatlar, qeyri-hökumət təşkilatları (QHT), qeyri-kommersiya və ya kommersiya təşkilatları, ictimai birliklər, Qızıl Aypara Cəmiyyəti və hər hansı milli qanunvericiliyə uyğun olan digər hüquqi qurumlar). Xidmət təminatçıları xidmətlərinin keyfiyyətini təmin etmək üçün işçi heyətinin ixtisasları, təşkilati idarəetmə, infrastruktur və avadanlıqlarla bağlı müəyyən tələblərə cavab verməlidirlər. İcma əsaslı xidmətlər kifayət qədər təhsil və bacarıqlara malik olan tibbi və qeyri-tibb mütəxəssisləri (sosial işçilər, psixoloqlar, pasient dəstəkçiləri, icma işçiləri və s.) tərəfindən təmin edilir. Standartlaşdırılmış Paket, həm səhiyyə işçiləri, həm də dövlətlər arasında dəstəkləyici vərəm xidmətlərinin effektivliyinə və keyfiyyətinə təşviq edən bir çərçivə təmin edir.
Səhiyyə işçiləri. Tibbi xidmət təminatçıları vərəmin qarşısının alınması, aşkarlanması, diaqnozu və müalicəsi də daxil olmaqla, əsas tibbi xidmətləri təmin edirlər. Lakin tibbi xidmət təminatçıları vərəmin sosial və iqtisadi determinantlarına tam şəkildə cavab verə bilmirlər. Bu səbəbdən, qeyri-tibbi dəstəkləyici vərəm xidmətləri bu boşluqları doldurmağa və eyni zamanda, həm vərəmli ən həssas pasientləri, həm də vərəm riskli qruplara kömək edə bilər və bununla da daha yaxşı vərəm nəticələrinə gətirib çıxara bilər. Dəstəkləyici vərəm xidmətləri pulsuz ola bilər və milli səhiyyə sisteminə daxil edilməlidir.
- . Dövlətlər və yerli hakimiyyət orqanları vərəmlə mübarizə siyasətindən cavabdehdir. Dövlətlər həm də ictimai vəsait hesabına vərəm xidmətlərinin (həm tibbi, həm də qeyri-tibbi dəstək xidmətləri) alıcılarıdır. Standartlaşdırılmış Paket, satın alınacaq xidmətlərin əhatə dairəsini və xidmət təminatçılarına olan tələbləri müəyyənləşdirməklə, bu xidmətlərin məsrəfləri və smetası ilə bağlı təlimatlar verməklə dövlət satınalma proseslərinə istiqamət vermək üçün istifadə edilə bilər.
Dəstəkləyici vərəm xidmətlərin göstərilməsində insan ehtiyaclarına yönəlik dəyərlərin təmin edilməsi
İnsan ehtiyaclarına yönəlik qayğı, pasientlərin və ya xəstəliklərin deyil, insanların və icmaların sağlamlıq tələbatları, gözləntiləri ətrafında qurulur və təşkil edilir. Standartlaşdırılmış Paket, insan ehtiyaclarına yönəlik qayğının aşağıdakı dəyər və prinsiplərinə əsaslanır.
Birgə ərsəyə gətirmə
İnsan ehtiyaclarına yönəlik qayğı, insanların xidmətlərin göstərilməsi prosesinə cəlb olunmasını tələb edir. Vərəmli pasientlər və vərəm riski yüksək olan insanlar (əsas əhali qrupları) öz sağlamlıqları və rifahları ilə bağlı qərarlar qəbul etmələri və öz qayğılarına qalmaları üçün lazım olan təhsil və dəstəyi almalıdırlar. Birgə ərsəyə gətirmə anlayışı, xidmətlərin peşəkarlar, qulluq xidmətlərindən istifadə edən insanlar, onların ailələri və mənsub olduqları icmalar arasında bərabər şəkildə və qarşılıqlı əlaqə formasında çatdırılması deməkdir. Bu məlumat, qərar qəbul etmə və xidmətlərin paylaşılması prosesində fərdlər, təminatçılar və səhiyyə sistemləri arasında uzun müddətli bir əlaqəni nəzərdə tutur (4). Birgə ərsəyə gətirmə yanaşması, vərəmli pasientlər və vərəmli əsas əhali qruplarının rolunu passiv xidmət alanlardan məsul benefisiarlərə qədər dəyişdirməyi tələb edir. Bu məqsədə nail olmaq üçün icma əsaslı dəstəkləyici vərəm xidmətləri, xidmətlərin göstərilməsinə fərdi yanaşma yolu ilə vərəmdən təsirlənən şəxslərin xüsusiyyətlərini və vəziyyətlərini nəzərə almalıdır.
Xidmətlərin göstərilməsində standart və fərdi yanaşmaların birləşdirilməsi
Vərəm nəticələrini yaxşılaşdırmaq və insan ehtiyaclarına yönəlik qayğı prinsiplərinə riayət olunmasını təmin etmək üçün icma əsaslı dəstəkləyici vərəm xidmətləri iki əks yanaşmanı bir araya gətirməlidir:
(i) standartlaşdırılmış alqoritmlərdən və xidmət meyarlarından istifadə etmək və (ii) benefisiarnin fərdi tələbatlarını və tərcihlərini birləşdirmək/cavablandırmaq. Bu, Standartlaşdırılmış Paketi konstruktor dəsti kimi tətbiq etmək yolu ilə həyata keçirilə bilər. Hər bir xidmət təminatçısı fərdin vəziyyətini və tələbatlarını qiymətləndirməli və əldə etdiyi məlumatları xidmətin çatdırılması prosesini məlumatlandırmaq üçün istifadə etməlidir.
Gender həssaslığı
Vərəm qadınlarda və kişilərdə fərqli təsirlərə malik olan müxtəlif sosial və iqtisadi determinantlarla, xüsusən də yoxsulluq və bərabərsizliklərlə sıx bağlıdır. Dünyada vərəm hallarının 64% -ni kişilər və oğlanlar təşkil edir. Bu o deməkdir ki, hər qadın və ya qıza nisbətdə təxminən iki kişi vərəmə yoluxur. Kişilərdə vərəmin aşkarlanması və bildirilməsi prosesi qadınlara nisbətən daha gec olur və İİV-ə yoluxmuş insanlar arasında vərəmdən ölüm hallarının 63% -ni kişilər təşkil edir. Bununla belə, gender əlaqəli risklər və vərəm xidmətlərinə mane törədən proseslər hər kəsdə fərqli formalarda olur (5). Dəstəkləyici vərəm xidmətləri göstərilən zaman nəzərə alınması lazım olan gender aspektlərini qiymətləndirmək üçün milli və yerli vərəm epidemioloji məlumatlarını nəzərdən keçirmək və təhlil etmək vacibdir.
Anlaşıqlı dil
Sadə və anlaşıqlı dil, benefisiarlərin ilk oxuduqlarında və ya eşitdiklərində başa düşə biləcəkləri ünsiyyət dilidir. Ümumiyyətlə, sağlamlıq və xüsusilə vərəmlə əlaqədar hər hansı bir məlumat, pasientin sağlamlığı və səhhəti ilə bağlı şüurlu qərar qəbul etməsi hüquqlarını təmin etmək və onlara hörmət etmək məqsədilə benefisiarlərə sadə dildə verilməlidir. Əgər benefisiarlər aşağıdakıları edə bilsələr, material sadə və anlaşıqlı olar:
- ehtiyacı olan məlumatı tapmaq
- məlumatı ilk oxuduqda və ya eşitdikdə başa düşmək
- tələbatlarını ödəmək üçün əldə etdiyi məlumatı tətbiq etmək
Bütün xidmət təminatçıları, benefisiarlərlə yazılı və ya şifahi ünsiyyətdə dəstəkləyici vərəm xidmətləri və xidmətlərin göstərilməsi zamanı onların hüquq və vəzifələri haqqında məlumatlar da daxil olmaqla, sadə dildən istifadə etməlidirlər. Onlara həmçinin məlumat və təhsil materialları (İEM), formalar, yoxlama siyahısı, müqavilələr və digər sənədlər də verilməlidir.
Keyfiyyətin davamlı təkmilləşdirilməsi
Bütün xidmət təminatçıları idarəetmə fəlsəfəsi və üslubu olaraq keyfiyyətin davamlı təkmilləşdirilməsinə əməl etməli və tətbiq etməlidir. Keyfiyyətin davamlı təkmilləşdirilməsi, bir xidmət təminatçısının lazımsız prosedurları və məsrəfləri (sui-istifadə halları) azaltmağa, səmərəliliyi artırmağa, daxili (işçilər) və xarici (benefisiar) məmnuniyyəti artırmağa çalışması deməkdir. Bu hər hansı bir təşkilatın necə işlədiyini və prosesləri təkmilləşdirmək yollarını qiymətləndirən davamlı bir prosesdir. Bu vərəm dəstəkləyici xidmətlərinin çatdırılması prosesinin təkmilləşdirilməsinə əsaslanır və pasientlərin öskürəkdən sağalmasına qədər bütün vərəm prosesinə kömək edir və onu sağaldır.
Xidmətlər üçün hədəf əhali
Dəstəkləyici vərəm xidmətləri müxtəlif dərəcədə vərəmdən əziyyət çəkənlərin tələbatlarını qarşılayır. Bununla belə, əhalinin müəyyən qrupları əhəmiyyətli dərəcədə yüksək vərəm riski ilə üzləşirlər, eləcə də müalicəyə başlamaqda və ya başa çatdırmaqda çətinlik çəkirlər. Dəstəkləyici xidmətlər xüsusilə bu əsas əhalini hədəf alır.
Vərəm infeksiyasının, eləcə də müalicənin nəticələrinin müəyyənləşdirilməsində risk faktorları və sosial determinantlar əhəmiyyətli rol oynayır:
- həddindən artıq sıxlıq, zəif ventilyasiya və yoluxucu vərəm xəstəliyi olan şəxslə yaxın təmas daxil olmaqla digər vərəm basillərinə məruz qalmağı artıran risk faktorları;
- immunitetin zəifləməsinə və bununla da vərəmə qarşı həssaslığın artmasına səbəb olan risk faktorları, bura tütün tüstüsü, digər hava çirkləndiriciləri, İİV infeksiyası, düzgün qidalanmama, alkoqolizm, diabet, silikoz və immunosupressiv müalicələr daxildir; və
- fərdin vərəmə qarşı həssaslığını artıran daha geniş amillər, sosial determinantlar bura yoxsulluq, həbs, miqrasiya, sosial marginallaşma və s. daxildir.
Bu risk faktorlarına məruz qalan şəxslər yüksək vərəm riski altındadır. Birbaşa əlaqələrin qurulması çətin olsa da, sosial determinantlara daxil olan bir sıra amillər müəyyən əhali qrupları üçün riski artıra və ya azalda bilər.
Əsas risk qrupları
- Ailə və yaxın kontaktlar;
- İİV-müsbət xəstələr;
- Silisium istehsalına (hasilat, emal və s.) hazırda və keçmişdə cəlb edilən işçilər,
- Şiş nekrozu faktoru ilə müalicəyə başlayan xəstələr,
- Dializdə olan xəstələr,
- Orqanların transplantasiyasına və qan köçürülməsinə hazırlaşan xəstələr;
- Məhkumlar, məhbuslar və penitensiar müəssisələrin işçi heyəti;
- Ağciyərində fibroz dəyişikliklər olan insanlar;
- Səhiyyə sisteminin, o cümlədən mikrobioloji laboratoriyaların işçiləri;
Əlavə risk qrupları
- Miqrantlar;
- Narkotik istifadəçiləri;
- Şəkərli diabet xəstələri;
- Malnutrisiya (zəif qidalanma) sindromu olan xəstələr;
- İmmunosupressorlarla müalicə alan xəstələr.
Dəstəkləyici xidmətlər üçün insan resursları
İcma əsaslı dəstəkləyici xidmətlərin göstərilməsi işçilərdən xüsusi təlim, bacarıqlar, bilik və səriştə tələb edir. Bu Standartlaşdırılmış Paketdə göstərilən xidmətlərin verilməsi ilə məşğul olan şəxslərin sosial iş və ya səhiyyə sahəsində təcrübəsi ola da bilər, və ya heç birində təcrübəsi olmaya bilər. Xidmət standartlarının yalnız bir neçəsinin təmin edilməsi üçün rəsmi təlim (universitet dərəcəsi və ya peşə təhsili) tələb olunur.
Bacarıq və səriştələr
Aşağıda hər hansı bir xidmət təminatçısı işçisinin sahib olması lazım olan bacarıq və səriştələr verilmişdir.
- Təhsil:
- heç bir xüsusi təhsil tələb olunmasa da, sosial iş, tibb və ya ictimai səhiyyə ilə bağlı hər hansı bir dərəcə üstünlük hesab edilir (aşağıda istisnalara baxın); və
- hər bir xidmətin əhatə dairəsinə uyğun olaraq, xüsusi mövzularda təlim və/və ya seminarlar, məsələn motivasiya konsultasiyaları, fərdi tələbatların qiymətləndirilməsi, davranış dəyişikliyi üzrə kommunikasiya, vərəm müayinəsi üçün alqoritmlər və vəziyyətin idarə edilməsi.
- Bilik və anlayış:
- qlobal miqyasda və konkret mühitdə vərəm xəstəliyi epidemiologiyası;
- vərəm simptomlarını, yayılma yollarını və infeksiyaya qarşı mübarizə tədbirlərini yaxşı bilmək;
- dərmana həssaslıq, vərəm/İİV infeksiyası və müalicə rejimləri də daxil olmaqla, vərəm diaqnozu (müxtəlif növ testlər və metodlar) haqqında tam bilik;
- vərəm müalicəsinin hüquqi aspektləri, pasient hüquqları və əsas əhali qrupları hüquqları;
- yerli səviyyədə tibb işçiləri haqqında yaxşı bilik və anlayış; və
- yerli səviyyədə sosial xidmətlər haqqında yaxşı bilik və anlayış.
- Bacarıqlar, səriştələr və digər keyfiyyətlər:
- vərəmli əsas əhali qruplarının ümayəndələri ilə əlaqə qurma və əlaqəni davam etdirmə qabiliyyəti;
- vərəmli əsas əhali qruplarının nümayəndələrinə qarşı səbir, empatiya və hörmət göstərmək;
- güclü konsultasiya və ünsiyyət bacarıqları; və
- fərdi tələbatların qiymətləndirilməsi, vəziyyətin idarə edilməsi və digər müvafiq sahələr üzrə bilik və bacarıqlar.
- Təcrübə
- motivasiya konsultasiyaları1 /müsahibə üsulları və davranış dəyişikliyi üzrə kommunikasiyada2 təcrübə;
- təbliğata əsaslanan sahədə iş təcrübəsi.
1Motivasiya konsultasiyaları/müsahibə dəyişiklik üçün motivasiyanı ortaya çıxarmağa və gücləndirməyə xidmət edən əməkdaşlıq edən, şəxsiyyət mərkəzli bir formadır (9).
2Sosial və davranış dəyişikliyi üzrə kommunikasiya (SBCC və ya BCC) bilik, düşüncə, norma, inanc və davranışdakı dəyişiklikləri təşviq etmək üçün ünsiyyət yanaşmalarının strateji istifadəsidir (10).
- İstisnalar
Bütün xidmətlər peşəkar mütəxəssislər tərəfindən həyata keçirilə bilməz:
- ilkin tələbatların qiymətləndirilməsi və vəziyyətin idarə edilməsi ilə bağlı sosial iş və ya müvafiq sahə üzrə təlim (psixoloji və ya ona oxşar; milli qaydalarla müəyyən edildiyi üzrə) və ya bu sahədə rəsmi təhsil tələb olunur;
- psixoloji konsultasiya psixologiya (davranış, koqnitiv və ya oxşar) və ya psixiatriya üzrə rəsmi (kurslar) dərəcə və ya ixtisas tələb edir, bundan başqa xroniki xəstəlikləri olan pasientlər üçün psixi sağlamlıq baxımından rəsmi təlim əsasdır; və
- bilavasitə müşahidə edilən müalicənin (DOT) tətbiqi, milli təlimatlara əsaslanaraq müvafiq qaydada təlim keçmiş mütəxəssislər tərəfindən həyata keçirilməlidir və tibb bacısı kimi müvafiq sahədə tibb dərəcəsi tələb edilə bilər.
Sosial müqavilə yolu ilə icma əsaslı xidmətlərin göstərilməsi
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nın təsdiq edilməsi qaydası təsdiq edilmişdir.
“Sosial Xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 7.1.5. bəndinə əsasən şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması vəziyyətində o şəxs (ailə) çətin həyat şəraitində hesab edilir. Bu bənd vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin sosial xidmətlərlə təmin edilməsinə əsas verir.
Sosial müqavilə
(Perspektivlər) Sosial müqavilə VCT -lər tərəfindən göstərilən xidmətlərin dövlət tərəfindən maliyyələşdirilməsinə imkan verən mexanizm hesab olunur.
Sosial müqavilə mexanizmləri dövlətlərə xəstəliklər əleyhinə mübarizə səylərini daha səmərəli və effektiv şəkildə maliyyələşdirmək üçün əlverişli variantlar təqdim edir. Sosial müqavilə milli, regional və ya yerli büdcələrdən, habelə sosial sağlamlıq sığortası kimi təmərküzləşdirilmiş digər ictimai qaynaqlardan istifadə edə bilər və hər bir ölkədə xüsusi hüquqi tənzimləmələrə tabe olan müxtəlif satınalma standartlarını və prosedurlarını tətbiq edə bilər.
Sosial müqavilənin uzunmüddətli perspektivdə davamlı olması üçün bir çox hüquqi və təşkilati problemlərin həll edilməsi lazımdır. Bunun üçün aşağıdakılar tələb olunur:
- hüquqi, siyasi və tənzimləyici mühitin yaradılması;
- davamlı maliyyə mənbələrinin təmin edilməsi və sosial müqavilə proqramlarının dövlət büdcəsinə təsis edilməsi yolu ilə maliyyələşdirmə mexanizmlərinin şaxələndirilməsi; və
- təsdiq edilmiş ixtisas və təcrübəyə əsaslanan aydın və obyektiv seçim meyarı təyin etməklə VCT -lər arasında azad və ədalətli rəqabətin təmin edilməsi və planlaşdırma, monitorinq və hesabatların təkmilləşdirilməsi yolu ilə daha yaxşı açot sistemi və şəffaflıq üçün VCT -lərin potensialının gücləndirilməsi.
Bölmə 2. Xidmət təminatının ümumi xüsusiyyətləri
Vərəmə yoluxmuş icmalar və qruplar, həm pasientlər, həm də onların ailələri üçün olan dəstəkləyici xidmətlər, əqli, fiziki sağlamlığa və sosial rifaha əhəmiyyətli təsir göstərən və kliniki müdaxilələrin nəticələrinin yaxşılaşmasına səbəb olan hədəf istiqamətlərdir. Bunlara tibbi xidmətlərlə birgə tətbiq edilməli olan qeyri-tibbi xidmətlər də daxildir. Burada təqdim olunan iki matris icma əsaslı təşkilatlar tərəfindən tətbiq ediləcək xidmət standartlarının yığcam versiyasını (Cədvəl 1) və sosial, iqtisadi, bioloji amillərə görə və ya COVİD 19 pandemiyası zamanı olduğu kimi müəyyən bir vəziyyət səbəbiylə vərəm riski yüksək olan müəyyən qruplara xidmətlərin göstərilməsi ilə bağlı xüsusi mülahizələri (Cədvəl 2) göstərir. Bu barədə daha sonra Bölmə 3 –də daha ətraflı bəhs ediləcəkdir.
Cədvəl 1. İcma əsaslı dəstəkləyici vərəm xidmətlərinin matrisi
Vərəm domenləri və altdomenləri |
İcma əsaslı dəstəkləyici vərəm xidmətləri
|
Xidmətin məqsədi |
Hədəf kütlə |
Xidmətin çatdırılma parametrləri |
|
---|---|---|---|---|---|
1. Qarşısı alınma |
|||||
1.1.1.Məlumatlandırma və icma səfərbərliyi |
Vərəm haqqında dəqiq məlumat vermək, ümumilikdə yerli icmaların və xüsusən də əsas əhali qruplarının vərəm simptomları, diaqnozu, müalicəsi eve vərəmə qulluq haqqında məlumatlılığını artırmaq; xidmət vərəm müayinəsi ilə müşayiət oluna bilər. |
Ümumi əhali Vərəm riski yüksək olan qruplar (İİV -lə yaşayan insanlar) |
Regional Gənclər Mərkəzlərinin konfrans salonları, akt salonları, icma əsaslı təşkilatların sağlamlıq mərkəzləri və ya infeksiyaya qarşı mübarizə tələblərinin yerinə yetirilə biləcəyi pasientin yaşayış yeri/TƏBİB-in regional təlim mərkəzləri |
|
|
1.2. Pasientlərin maarifləndirilməsi |
1.2.1. Vərəmli və vərəm/İİV riski olan fərdlərlə konsultasiyalar |
Vərəm riski olan şəxslərə və onların ailə üzvlərinə vərəmin simptomları və ötürülmə yolları, diaqnozu, müalicə variantları və infeksiyaya qarşı mübarizə tədbirləri haqqında lazımi bilik və məlumatlar vermək, onlarda özünə qulluq üçün lazımi bacarıqları inkişaf etdirmək və tənəffüs yollarının sağlamlığına kömək etmək üçün davranışda uzunmüddətli dəyişiklikləri təşviq etmək. |
Yüksək vərəm riskli şəxslər və onların ailə üzvləri |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatların mərkəzləri və ya infeksiyaya qarşı mübarizə tələblərinin yerinə yetirilə biləcəyi pasientin yaşayış yeri, pasientlərlərin evləri |
|
1.3. vərəmli/İİV-li pasientlər arasında vərəm profilaktikası |
|
vərəmli/İİV-li pasientlər arasında vərəm profilaktikasının gücləndirilməsi+ |
Vərəm və İİV üçün hədəf qruplar |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, xidmətlər üçün hədəf qruplarının toplandığı digər obyektlər və internet resursları |
|
2. Aşkarlama və diaqnoz |
|||||
2.1. Əsas əhali qrupları arasında aktiv halın tapılması+ |
2.1.1. Aktiv halın tapılmasına dəstək |
Əsas əhali qruplarına mənsub olan şəxsləri vərəm müayinəsinə və diaqnostik xidmətlər axtarmağa təşviq etmək |
Vərəmli əsas əhali qruplarına mənsub olan şəxslər |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, ev şəraiti və ya əsas əhali qruplarının toplaşdığı yerlər |
|
3. Müalicə |
|||||
3.1. Vərəmə qayğının davamlılığının təmin edilməsi və müalicənin kəsilməməsi |
DOT və ya VST vasitəsilə nəzarət edilən dərman qəbulu ilə vaxtında və təsirli müalicəni təşkil etmək Pasientlərə və onların ailə üzvlərinə müalicəyə riayət etmənin əhəmiyyəti barədə, defoltun, vərəmin yenidən təkrarlanması halının minimuma endirilməsi və müalicənin hər hansı bir əks təsiri barədə bildirilməsini məlumat vermək; |
DOT və ya VST müalicəsi tövsiyə olunan əhali qrupları |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, ev şəraiti, internet mənbələri (VST) |
|
|
3.1.2 Müalicə rejimini izləmə itkisinin idarə edilməsi və müalicənin kəsilməsinin qarşısının alınması+ |
Müalicəsini kəsən pasientləri vaxtında müəyyənləşdirmək; kəsilmənin səbəblərini araşdırmaq; konsultasiya və digər müdaxilələrlə pasientin müalicəsinə davam etmək |
Vərəmli və müalicəsini 2 ay və ya daha çox kəsən pasientlər |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər, ev şəraiti |
|
|
4. Qayğı və dəstək |
|||||
18 yaşınadək uşaqlar da daxil olmaqla, benefisiarnin vərəmin müalicə prosesinə və yaxşı müalicə nəticələrinə mənfi təsir göstərə biləcək həyat fəaliyyətini və fərdi tələbatlarını müəyyənləşdirmək Vərəmin müalicəsinə əməl edilməməsinin qarşısını almaq üçün fərdi tələbatlar əsasında benefisiar üçün fərdi xidmət təminatı planı hazırlamaq |
Aşağıdakı xüsusiyyətlərdən ən az birinə sahib olan vərəmli pasientlər: ●məlumatları yoxdur ● vərəm müalicəsinin əhəmiyyətini anlamadığını göstərir ● müalicə rejiminə riayət etmək üçün motivasiyası yoxdur ● zərərli və ya qeyri-sağlam şəraitdə yaşayır ● uşaqlara valideyn, qəyyum və ya baxıcıdır ● multi dərmanlara qarşı rezistent vərəmdir ● vərəmlə əlaqədar hər hansı digər çətin sosial və iqtisadi həyat şəraitinə malikdir |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər və ev şəraiti |
|
||
4.1.2. Vərəmli, İİV-ə yoluxmuş insanlarla psixoloji konsultasiya və onlara dəstək |
Vərəmin müalicəsi və müalicə sonrası dövrlə əlaqədar fərdi stresli faktorların qarşısını almaq və ya azaltmaq Vərəm müalicəsindən daha yaxşı nəticələr almaq üçün benefisiarnin psixo-emosional sağlamlığını və möhkəmliyini qorumaq |
İlkin tələbatları qiymətləndirilən və aşağıdakı xüsusiyyətlərdən ən az birinə sahib olan vərəmli pasientlər: ● əvvəllər ümumi ruhi sağlamlıq pozğunluğu diaqnozu qoyulmuşdur ● narkotik maddə istifadəsi ilə bağlı problemlərinin olması ● vərəmin müalicə prosesinə mənfi təsir göstərə biləcək yüksək stresli və ya qeyri-sağlam şəraitdə yaşayır ● uzun müddətli müalicə alırlar (MDR-TB) |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər və ev şəraiti, internet resursları |
|
|
4.1.3. Vəziyyətin idarə edilməsi (Vərəm/İİV) |
Vərəm diaqnozu və müalicəsindən qaynaqlanan fərdin çətin həyat şəraitinin qarşısını almaq, minimuma endirmək və ya aradan qaldırmaq üçün benefisiarni davamlı müalicəyə təşviq etmək |
İlkin tələbatları qiymətləndirilən və aşağıdakı xüsusiyyətlərdən ən az birinə sahib olan vərəmli pasientlər: ● pis və ya qeyri-sağlam şəraitdə yaşayır ● aşağı gəlirlərə sahibdir ● sağlamlıq problemləri var ● insan haqları zorakılığı, damğalanma və ayrı -seçkiliklə üzləşirlər ● ailə münasibətlərində problemlər yaşayır |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər, ev şəraiti, internet resursları |
|
|
Pasientlərə və onların ailələrinə xəstəliklə mübarizədə kömək etmək və bəzi çətinliklərini yüngülləşdirmək və müalicənin bitməsinə əməl etməyə təşviq etmək məqsədilə vaxtında və təsirli maddi dəstək müdaxilələri təşkil etmək |
Vərəmli pasientlər |
Ev şəraiti |
|
||
Benefisiarnin səhhətini və müalicə nəticələrini yaxşılaşdırmaq üçün düzgün qidalanma, tütündən imtina, lazımi qidalanma və siqaret çəkmə vərdişlərində uzunmüddətli dəyişikliklərin inkişaf etdirilməsi ilə bağlı əsas biliklər vermək. |
Vərəmli pasientlər |
Səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər, ev şəraiti, internet resursları |
|
||
4.2.1 Müalicədən sonra sosial dəstək və/və ya reabilitasiya |
Benefisiaryə psixoloji və hüquqi konsultasiya da daxil olmaqla, sosial dəstək vermək Benefisiarlərə əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün düzgün təlim almalarına kömək etmək Vərəmin təkrarlanması və əhalidə infeksiyaya qarşı mübarizə hallarını minimuma endirmək səylərini qarşıya məqsəd qoymaq |
Vərəmdən sağalan pasientlər |
İcma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər, ev şəraiti |
|
Cədvəl 2. Bütünlüklə müalicə müddətində xüsusi şəraitdə əhali qrupları ilə işləməyi nəzərdə tutan xidmətlər və mülahizələr matrisi
Xüsusi əhali qrupları |
Vərəm xidmətləri |
Benefisiarlar/benefisiarlər/alıcılar |
Xidmətin çatdırılma parametrləri |
Məhbuslar üçün icma əsaslı xidmətlər |
Vərəmli pasientlərin müalicəsinə davam etmələrini təmin etmək, xüsusilə pasientxanadan çıxmağı planlaşdırarkən və azad olduqdan sonra həbsxana sakinləri ilə işləmək, digərləri isə vərəmin profilaktik xidmətlərindən istifadə edə bilərlər. |
Məhkumlar, şərti olaraq həbsxanadan buraxılan şəxslər |
Səhiyyə müəssisələri, həbsxanalar, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər, internet resursları |
Evsiz şəxslər üçün icma əsaslı xidmətlər+ |
Diaqnoz və müalicənin alınmasına, həmçinin müalicənin davam etdirilməsinə dəstək göstərmək |
Evsiz şəxslər |
Təbliğat, sığınacaqlar, səhiyyə müəssisələri, icma əsaslı təşkilatlar, təhsil və digər ictimai obyektlər |
Uşaqlarda vərəmin müalicəsinə ailə əsaslı yanaşma+ |
Ehtiyac olmadığı halda pasientxanaya yerləşdirilmə və uşaqların ailəl |