27 Mar, 2024
Azərbaycanın vərəmlə bağlı qlobal öhdəlikləri
Vərəmlə Mübarizə üzrə Tərəfdaşlıq (Stop TB Partnership) qlobal hədəfləri təhlil edərək, onların ölkələr və illər üzrə təsnifatını aparmışdır. Təhlil nəticəsində BMT-nin Vərəmlə bağlı Yüksək Səviyyəli Görüşündə qeyd olunmuş 6 əsas hədəfə aid göstərici üzrə ölkələrin öhdəliklərini müəyyən etmişdir.
Beləliklə, Azərbaycan üçün aşağıdakı hədəflər təklif edilmişdir:
• Aşkar olunan bütün vərəm xəstələrinin sayı: 2023-2027-ci illərdə – 25799 (2023 – 6444, 2024 – 6334, 2025 – 5546, 2026 – 3850, 2027 – 3625);
• Aşkar olunan uşaqların (15 yaşadək) sayı: 2023-2027-ci illərdə – 480 (2023 – 125, 2024 – 123, 2025 – 103, 2026 – 68, 2027 – 61);
• Aşkar olunan dərmana davamlı vərəm xəstələrinin sayı: 2023-2027-ci illərdə – 5463 (2023 – 1370, 2024 – 1320, 2025 – 1191, 2026 – 899, 2027 – 683);
• 5 yaşdan yuxarı vərəm əleyhinə profilaktik müalicə alan xəstələr: 2023-2027-ci illərdə – 15335 (2023 – 2497, 2024 – 3789, 2025 – 3556, 2026 – 3248, 2027 – 2244);
• Vərəm əleyhinə profilaktik müalicə alan uşaqlar (5 yaşadək): 2023-2027-ci illərdə – 3719 (2023 – 644, 2024 – 990, 2025 – 845, 2026 – 743, 2027 – 497);