21 yanvar, 2021
Dövlət Məşğulluq Xidməti və Sağlamlığa Xidmət İB TCS Peşə Akademiyasında tədris prosesi ilə tanış olublar
21 yanvar tarixində "Sağlamlığa Xidmət" İctimai birliyi nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti (DMX) rəhbəri ilə SPERA-2 (Azərbaycanda Penitensiar Sistemdə İslahatlara Dəstək) daxilində icra olunacaq "Keçmiş Məhkumların sosial reinteqrasiyası" layihəsi çərçivəsində görüş keçirib. Dövlət Məşğulluq Xidməti və Sağlamlığa Xidmət İB TCS Peşə Akademiyasında tədris prosesi ilə tanış olublar. Nazirlik tərəfindən müəssisənin texniki resurs bazası və uğurlu fəaliyyəti yüksək qiymətləndirilərək, hətta tədris müəssisəsinə Nazirliklə də əməkdaşlıq təklifi edildi. Görüşdə Nazirliyi Peşə Hazırlığı və Peşəyönümü Departamentinin müdiri Fuad Mehdizadə və Bakı Peşə Mərkəzinin direktoru Emil Camalov təmsil edirdi.
Xatırladaq ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 9 aylıq layihə ərzində 100-ə yaxın məhkumluq həyatı yaşamış şəxs müxtəlif sahələrdə, elektrik, santexnika, qaynaqçı, kran idarəetmə, taxta-şalban və s. kimi peşələrə yiyələnəcəklər.