20 mar 2026
İstanbulda GC8 Prioritetlərinin Müzakirəsi
Global Fond, 2002-ci ildən fəaliyyət göstərən və HIV, TB və malyariya ilə mübarizəyə maliyyə dəstəyi verən qlobal təşkilatdır. Azərbaycan üçün GC8 ( 8-ci Qrant Dövrü) çərçivəsində təxminən 12,4 milyon ABŞ dolları ayrılıb (HIV: 7,8 milyon, TB: 4,6 milyon). Bu GC8 qrantı Azərbaycanın HIV və TB proqramları üçün Global Fond-dan son maliyyə dəstəyidir, buna görə də qrant çərçivəsində görüləcək tədbirlər yerli maliyyələşməyə keçidi nəzərə almalıdır.
16-19 mart tarixlərində İstanbulda keçirilən “Global Fond GC8-də Cəmiyyətin Aktiv İştirakı” mövzusunda 3 günlük görüş uğurla başa çatdı. Görüş zamanı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan iştirakçılar:
GC8 prioritetlərini öyrəndilər
Cəmiyyətin iştirakını artırmaq üçün planlar hazırladılar;
Təcrübələrini və alınan dərsləri paylaşdılar;
Qrup işi sessiyalarında iştirak etdilər;
Milli yol xəritələri hazırlayaraq həm maliyyə müraciətinin hazırlanması, həm də qrantın icrası mərhələsində icma iştirakını təmin etdilər.




