23 may, 2024
Lənkərana Media-tur - QHT nümayəndələrinin təəsuratları
Media və qeyri-hökumət təşkilatları nümayəndələri Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi, pasiyentlərin sığorta sistemindən istifadəsinə əlçatanlığının və göstərilən tibbi xidmətlərin səmərəliliyi ilə tanış olmaq məqsədilə 16 may 2024 tarixində Lənkaran rayonuna səfər etdilər.
Media-tur İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB tərəfindən təşkil olunmuşdur. Səfər çərçivəsində iştiakçılar vətənimizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması yolunda öz canlarından keçən Azərbaycanın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət etmiş, Lənkəran Rayon Mərkəzi Xəstəxanası (RMX) və, Lənkəran Regional Perinatal Mərkəzində pasientlər üçün yaradılmış şərait və tibbi xxidmətlərlə tanış oldular.
İTS-nin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirdi ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu, təchizat məsələləri ilə bağlıdır:
“Sevindirici haldır ki, Lənkəran RMX-nın müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir.
Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev
Media-tur iştirakçılarına bildirdiki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub: “360 çarpayılıq xəstəxanada;
- Poliklinika,
- Radiologiya,
- Fizioterapiya,
- Cərrahiyyə,
- Urologiya,
- Reanimasiya,
- Təcili Yardım,
- Terapiya,
- Laboratoriya,
- Hemodializ,
- İnvaziv kardiologiya və
digər şöbələr fəaliyyət göstərir. RMX-nın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim/tibb məntəqəsi əhaliyə xidmət göstərir”. Onun sözlərinə görə, əsaslı yenidənqurma işləri aparılaraq, 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada Doğum, Hamiləliyin patologiyası, Cərrahiyyə, Neonatologiya və digər şöbələr fəaliyyətə başlayıb. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova
bildirib ki, Lənkəran rayonunda icbari tibbi sığorta sisteminin tətbiq edildiyi son 3 il ərzində: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı artmaqdadır. 3 il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 milyondan çox tibbi xidmət göstərilib ki, bunlardan 1 milyon 750 000-dən çoxu ambulator, 318 600-dən çoxu stasionar şəraitdə göstərilib. Son 3 il ərzində 21 604 cərrahi xidmət icra olunub”.
Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşları ziyarət edib, rəyini öyrəniblər. Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.
QHT təmsilçisi,"Sağlamlığa Xidmət" ictimai birliyinin sədri kimi onu vurğulamaq istərdim ki, Lənkaranda həmkarlarımla birgə şahidi olduğum şərait və həyata keçirilən tibbi müdaxilələr, göstərilən keyfiyyətli tibbi xidmət və o cümlədən müasir tibbi avadanlıqla təchizat paytaxt Bakı şəhərində olduğundan heç də fərqlənmir.
Elçin Muxtarlı