5 fevral, 2021
Oneİmpact Azərbaycan mobil tətbiqinin son 6 aylıq nəticələri təqdim olunub
Ölkə Əlaqələndirmə Komissiyası Katibliyinin maliyyə və proqram üzrə meneceri Aytən Hüseynova iştirakçıları salamladı və görüşün məqsədləri haqqında məlumat verdi. 2020-ci ildə dünya ölkələrində koronovirus səbəbindən bütün sahələrdə fasilələr oldu. Pandemiya Azərbaycandan da yan keçmədi. Buna baxmayaraq, bir çox QHT işinə ara vermədi, işini dondurmadı. Fəal QHT üzvlərini birləşdirən Vərəm Əleyhinə Koalisiya ötən ildəki fəaliyyəti ilə bağlı yekun toplantısında görülən işlər barədə hesabat təqdim etdi.
Hesabat konfransına Koalisiyanın rəhbəri “Sağlamlığa Xidmət” İB-nin rəhbəri Elçin Muxtarlının təqdimatı ilə başladı. O, bildirib ki, 2020-ci ildə pandemiya şərtlərinə əməl edilərək, layihələrin benefisiarları ilə birgə xeyli onlayn görüşlır geçirilib. QHT sektoruda vərəmlə mübarizə proqramı uğurla davam etdirilib.
Daha sonra çıxış edən “Sağlamlığa Xidmət” təşkilatının sədr müavini Pərvanə Vəliyeva ötən il keçirilən tədbirlər, təlimlər haqqında, həmçinin TB-REP 2.0 proqramının növbəti mərhələsi barədə məlumat verib. O, proqram çərçivəsində yaradılan və ölkə üçün ilk olan vərəmlə bağlı mobil tətbiq barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə çıxışı ilə davam edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal üzvü Sona Hacıyeva isə bildirib ki, ötən il fəaliyyət istiqamətləri əsasən əhali arasında psixo-sosial məlumatlandırmadan, humanitar dəstəkdən, xüsusən miqrant, kimsəsizlərə və vərəmli xəstələrə yardımdan ibarət olub.
Toplantıda çıxış edən “ Vərəmsiz Gələcəyə doğru” İB –nin sədri Çingiz Ramazanlı ötən il rəsmi qeydiyyatdan keçən təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Hələ 2017-ci ildən təsis olunan təşkilata sosial problemi olan, pensiya təminatı və əlillik dərəcəsinin alınması iə bağlı müraciətlər olunub. Təşkilat vərəmli xəstələrin problemlərinin araşdırılması və müvafiq nazirliyə çatdırılmasına və qismən həllinə nail olub.
Təqdimatçı “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin rəhbəri Ziba Nəbiyeva təşkilatın 2020-ci ildə icra etdiyi layihə barədə məlumat verib. O,layihə çərçivəsində infeksion xəstəliklər, o cümlədən viruslu hepatitlər, Covid-19 –la mübarizə ilə bağlı görülən fəaliyyətin istiqamətlərindən söz açıb.
Hesabat toplantısı Koalisiyanın digər üzvlərinin məlumatlandırma çıxışları və müzakirələriylə davam edib.
İclasda sonda Ümumdünya Vərəmlə Mübarizə günü ilə əlaqədar Koalisiya tərəfindən hazırlanan tədbirlər planı barədə də qeyd olunub. Koalisiya bu il uşaqlarda vərəm mövzusunda diqqət çəkmək üçün bir sıra fəaliyyətlər planlaşdırır.