4 may, 2021
OneImpact mobil tətbiqinin istifadə qaydası üzrə növbəti təlim təşkil edilib
29 aprel 2021- ci il tarixində Sağlamlığa Xidmət İctimai birliyinin layihə rəhbəri Samirə Muxtarova və Sağlamlığa Xidmət İB-nin provizoru Zülfüqar Əbülqasımov Şəmkir və Gəncə şəhər VƏX-də “Oneİmpact Azərbaycan “mobil tətbiqlə bağlı təlim keçirdiblər.
Təlimin əsas məqsədi vərəm xəstələyi və COVİD-19 infeksiyası ilə əlaqədar maarifləndirici məlumatların verilməsi və pasientlərin müalicə müddətində üzləşdikləri çətinlikləri qeyd edərək, həll olunmasıdır.
Təlimdə Samirə Muxtarova pandemiya dövründə vərəm xəstəliyi və COVİD-19 ineksiyası ilə bağlı geniş məlumatlar verərək, xəstəliklə mübarizədə qaydalar və təlimatlara əməl etməyi tövsiyyə etmişdir.
Təlimdə iştirak edən vərəm xəstələri “Oneİmpact Azərbaycan” mobil tətbiqini telefonlarına yükləyib, müalicə müddətində yaranan problmleri qeyd edərək, sorğu göndərmişdilər.
Qeyd edim ki, Şəmkir şəhər Vərəm Əleyhinə Xəstəxananın binasınin əsaslı təmirə ehtiyacı var. Vərəm Əleyhinə Xəstəxana iki mərtəbəli binadan ibarətdir. Xəstəxananın 1- ci mərtəbəsində pasientlər ambulator, 2-ci mərtəbəsində isə stasionar müalicə alırdılar. Binanın təhlükəli olmasını nəzərə alaraq 2-ci mərtəbə bağlanmışdır ki, bu da xəstələr arasında böyük narazılığa səbəb olmuşdur. Hal- hazırda yalnız 1- ci mərtəbədə pasientlər ambulator müalicə alırlar.
Şəmkir şəhər VƏX regional xəstəxana olduğu üçün digər ətraf rayonlardan da pasientlər həmin xəstəxanada stasionar müalicə almaq üçün müraciət edirmişlər.
Növbəti təlim Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxanada keçirildi.
Təlimdə Samirə Muxtarova pandemiya dövründə vərəm xəstəliyi və COVİD-19 ineksiyası ilə bağlı geniş məlumatlar verərək, xəstəliklə mübarizədə qaydalar və təlimatlara əməl etməyi tövsiyyə etmişdir.
Təlimdə iştirak edən vərəm xəstələri “Oneİmpact Azərbaycan” mobil tətbiqini telefonlarına yükləyib, müalicə müddətində yaranan problmleri qeyd edərək, sorğu göndərmişdilər.
“Oneİmpact Azərbaycan” mobil tətbiqi Şəmkir və Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxanasında da uğurla həyata keçirildi. Vərəm xəstələri üçün nəzərdə tutulmuş mobil proqram həm pasientlər, həm də tibb işçiləri tərəfindən böyük rəğbətlə qarşılandı.
Sonda təlimdə iştirak edən tibb işçiləri Sağlamlığa Xidmət İctimai birliyinə xüsusi təşəkkürlərini bildirərək, bütün pasientlərə mobil tətbiq haqqında məlumat verərək, telefonlarına yüklənməsidə köməklik göstərəcəklərini bildirdilər.
Azərbaycanda vərəmlə mübarizəyə Qlobal Fondun maliyyə dəstəyi 2011-2017-ci illər ərzində çox böyük olmuşdur, lakin 2018-ci ilin yanvar ayından etibarən bu fond tərəfindən xəstələrə maddi yardım verilməsi dayandırıldı. Əhalinin ən həssas qrupuna aid olan vərəm xəstələrinin ehtiyacı daha da artdı.
Pandemiya dövründə vərəm xəstələrinin xəstəxanaya hər gün gedib dərman qəbul etmələri çətinləşdi. Günəmuzd işləyən vərəm xəstələrinin sosial qayğıları artaraq, müalicə almalarına mane oldu.
Bu göstərilən problemlər Şəmkir və Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxanada müalicə alan vərəmin təsirinə məruz qalmış pasientlər arasında daha da qabarıq özünü göstərirdi.