26 yanvar, 2021
OneImpact mobil tətbiqinin istifadə qaydası üzrə növbəti təlim təşkil edilib
26 yanvar tarixində Sağlamlığa Xidmət İctimai birliyi 6 saylı Xüsusiləşmiş Vərəm əleyhinə Xəstəxanaya başçəkmə səfəri edərək dərmanlara davamlı vərəmdən əziyyət çəkən şəxslərlə görüşmüşdür. Görüşün məqsədi Oneİmpact- vərəmli pasiyentlərə dəstək mobil tətbiqi barədə təlim keçmək və eyni zamanda Vərəm və CV19 haqqında maarifləndirmə işi aparmaq idi.
Vərəm sağalan xəstəlikdir, onun sübut olunmuş müalicəsi elmə məlumdur, diaqnostikası və dərmanları ölkəmizdə əlçatandır. CV19-un isə xüsusi müalicəsi və dərmanları elmə məlum deyil. Vərəmə tutulmuş şəxs CV19-la xəstəənərsə, nəticələri ağır ola bilər, bu zaman müalicə rejimi güncəllənməlidir. CV19 müayinəsi vərəmdən əziyyət çəkən şəxslər üçün əlçatan olmalıdır.
Bu istiqamətdə Oneİmpact mobil tətbiqi pasiyentlərin CV19-la bağlı narahatçılıqlarının qeydə alınması və sorğunun icmaya əsaslanan sağlamlıq proqramları tərəfindən daha sonrakı qiymətləndirməsi və araşdırması üçün əhəmiyyətli rol oynaya bilər.