Sağlamlığa Xidmət İctimai birliyi yeni layihənin icrasına start verdi

Sağlamlığa Xidmət İctimai birliyi yeni layihənin icrasına start verdi

19 yanvar, 2020

Sağlamlığa Xidmət İctimai birliyi yeni layihənin icrasına start verdi

Avropa Şurası və Avropa İttifaqı maliyyə dəstəyi ilə “Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək- Spera 2” proqramı çərçivəsində Sağlamlığa Xidmət İctimai birliyi “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə hazırlığı” layihəsi start verildi.
Layihə çərçivəsində 15 yanvar 2020 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidməti ilə rəsmi görüş keçirilib.
Görüşün məqsədi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış və rayonlar üzrə Dövlət Məşğulluq agentliyinə son 3 ay ərzində iş və ya müavinət almaq üçün müraciət etmiş şəxslərin siyahısını əldə etmək idi. DMX bir çox beynəlxalq qurumlarla (UNDP, Dünya Bankı, Coursera) əməkdaşlıq çərçivəsində həssas təbəqədən olan insanların məşğulluğunun təmin edilməsi istiqamətində layihələr həyata keçirdiyini, lakin məhkumluğu olan şəxsləri dövlət qurumu olaraq bu cür proqramlara cəlb edə bilmədiklərini və bu işin cəmiyyət üçün çox vacib olduğunu bildirdi. Qeyri-hökumət təşkilatlarının dövlət qurumları ilə müqayisədə həssas qruplarla işləmək potensialının böyük olduğunu və onların məhkumluq həyatı keçirmiş insanların adaptasiya və reinteqrasiya işinin təşkilində uğurlu ola biləcəyini qeyd etdi. 
Görüş uğurlu keçdi və Nazirlik əməkdaşları keçmiş məhkumların təlim keçəcəyi Peşə Akademiyasına baxış keçirmək istədiklərini qeyd etdilər. 
“Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva: “Bildiyiniz kimi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək 2" (SPERA 2) Birgə Proqramına bu il qeyri-hökümət təşkilatlarının da səyi cəlb edilib. Belə ki, azadlığa buraxılan şəxslərin reabilitasiya və reinteqrasiyası üçün xidmətlərin göstərilməsi bir neçə QHT-na həvalə olunub. Onlardan biri də Sağlamlığa Xidmət İB-dir. Təşkilatımız 2011-ci ildən Qlobal Fondun maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq müqaviləsi çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin müalicəsinin mülki sektorda izlənilməsi layihəsini həyata keçirir. Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən layihəmiz isə “Keçmiş məhkumların sosial reinteqrasiya” layihəsidir. Bu çərçivədə 9 ay (May 2020-Yanvar 2021) tarixləri arasında azadlığa buraxılacaq şəxslərin beynəlxalq səviyyədə akkreditasiya olunmuş peşə təhsili akademiyasında 6 peşə sahəsi üzrə ixtisaslaşdırılmış təlim keçməsi və beynəlxalq sertifikat alması nəzərdə tutulur. Bu işi TCS Academy öz üzərinə götürüb”. deyə bildirib.