3 İyun, 2021
Şirvan və Cəlilabad rayonlarında Oneİmpact mobil tətbiqinin istifadə qaydaları barədə təlim keçirilib
01-02 iyun 2021- ci il tarixində Sağlamlığa Xidmət İctimai birliyinin əməkdaşları Samirə Muxtarova və Zülfüqar Əbülhəsənov Cəlilabad rayon və Şirvan şəhər MRX-nin vərəm şöbəsində “Oneİmpact Azərbaycan “mobil tətbiqlə bağlı təlim keçiriblər.
Təlimin əsas məqsədi vərəm xəstəliyi və COVİD-19 infeksiyası ilə əlaqədar maarifləndirici məlumatların verilməsi və pasientlərin müalicə müddətində üzləşdikləri çətinlikləri qeyd edərək, həll olunması idi.
İlk təlim Cəlilabad rayon Mərkəzi Xəstəxananın vərəm şöbəsində keçirildi. Təlimdə Samirə Muxtarova pandemiya dövründə vərəm xəstəliyi və COVİD-19 ineksiyası ilə bağlı geniş məlumatlar verərək, xəstəliklə mübarizədə qaydalar və təlimatlara əməl etməyi tövsiyyə etmişdir.
Təlimdə iştirak edən vərəm xəstələri “Oneİmpact Azərbaycan” mobil tətbiqini telefonlarına yükləyib, müalicə müddətində yaranan problmleri qeyd edərək, sorğu göndərmişdilər.