Süni intellektə malik ən müasir Yapon avadanlığı, Mobil FDR X-Air rentgen qurğusu artıq Azərbaycanda

Süni intellektə malik ən müasir Yapon avadanlığı, Mobil FDR X-Air rentgen qurğusu artıq Azərbaycanda

25 apr, 2021

Süni intellektə malik ən müasir Yapon avadanlığı, Mobil FDR X-Air rentgen qurğusu artıq Azərbaycanda

Uzun illər vərəmlə mübarizə sahəsində ölkəyə böyük töhvələr vermiş və uğurları həm ölkədə, həm də beynəlxalq sferada geniş işıqlandırılan Sağlamlığa Xidmət İctimai Birliyi Ümumdünya Səhiyyə Təşkilatının "Stop TB Partnership" qurumunun vasitəsi ilə Yaponiyanın Fujifilm şirkəti ilə əməkdaşlığa başlamış və ən müasir portativ FDR X-air adlanan rentgen qurğusunu Azərbaycana gətirilməsinə nail olmuşdur. Çəkisi cəmi 3,5 kq olan rentgen aparatı istənilən şəraitdə istifadəsi çox əlverişlidir. Aparat Sağlamlığa Xidmət İctimai Birliyinin rəhbərliyi və Vərəm əleyhinə QHT koalisiyasının əməkdaşları ilə birgə, xüsusilə əhalinin həssas qrupları arasında Vərəm və COVİD-19  infeksiyasının aşkarlanmasına xidmət edəcəkdir. Avadanlığın əvvəlki rentgen qurğularından üstün cəhəti onun asanlıqla daşınabilən olması (portativ), az xərclə daha çox rentgen müayinəsi aparmaq, bir dolu batareya ilə 100 çəkiliş etmək, hər iki infeksiyanı; Covid-19 və Vərəmi aşkar etmək imkanı və suni intellekt imkanları ilə təchiz olunmuş olmasıdır. 

FDR X-air rentgen aparatının 28 Aprel 2021-ci il tarixində Hilton Bakı hotelində aidiyyatı qurumların təmsilçiləri üçün təqdimatı keçiriləcəkdir.