VƏRƏM BİZİM QORXUMUZ YOX, BİZ VƏRƏMİN QORXUSU OLAQ!!!

VƏRƏM BİZİM QORXUMUZ YOX, BİZ VƏRƏMİN QORXUSU OLAQ!!!

15 Dek, 2022

VƏRƏM BİZİM QORXUMUZ YOX, BİZ VƏRƏMİN QORXUSU OLAQ!!!

     Vərəm! Bir çox isanın qorxduğu, çəkindiyi bir xəstəlikdir. Amma indiki zamanda bu baxış bucağı çox köhnədir. Buna baxmayaraq hələdə cəmiyyətdə insanların çoxluq təşkil edən qismi o köhnə fikirdədir. Bir zamanlar məndə bu cür düşünürdüm. Lakin elə oldu ki, bu xəstəlik məndə də oldu. İlk vaxtarda çox nigaran idim. Gənc və bu xəstəliklə bağlı heç bir məlumatı olmayan biri üçün bu təbii bir hal olduğunu düşünürəm. Çox vaxt keçmədən 6 aylıq kurs müalicəyə cəlb olundum. Müalicənin ilk günündən həkimlərin mənə olan böyük dəstəyi məndə böyük stimul yaratdı. Artıq qorxmurdum. Müalicə prosesi getdiyi zamanda həkimlər, dərman qəbulu ilə bağlı pasiyentlərə ciddi nəzarət edirdi. Təbii ki, dərmanlarla yanaşı, qidalanmada bu işdə pasiyentlərə çox vacib şərtlərdən biridir. İki aydan sonra yenidən analiz verdim və yeni, xoş nəticələri gördükdə özümə inamım daha da artdı.

     Beləliklə mən bu xəstəliyə cəmi altı aya qalib gəldim. Sonradan mən “Sağlamlığa Xidmət” İB-nin keçirdiyi konfranslara dəvət aldım. Mən bu konfranslarda “uğurla müalicə almış keçmiş vərəm pasiyenti” kimi çıxışlar etdim. Hər zaman öz çıxışlarımda insanları bu xəstəlikdən qorxmamağa və rahat bir şəkildə müalicə almalarına dəvət etdim və hal-hazırda “Vərəmsiz Gələcəyə Doğru” İB- də çalışaraq vərəmdən əziyyət çəkmiş olan insanlara yardım etməyə çalışıram.

     İndi bir neçə dərman peraparatı ilə gündəlik həyatımızdan, işimizdən ayrılmadan ambulator şəraitdə belə müalicə almaq mümkündür. Belə olan halda bizlər niyə bu xəstəliyi böyük dərd hesab etməliyik? Sadəcə qorxularımızı yenib müalicə kursunu başlatmaq kifayət edir ki, özümüzdə olan yaxşıya doğru olan  böyük dəyişikliyi hiss edək. Sonda söyləmək isdəyirəm ki, “ Vərəm bizim qorxumuz yox, biz vərəmin qorxusu olaq”.